Səyyar qəbul – görüş. Ağcabədi rayonunun Təzəkənd kəndində keçirilmişdi. - -FOTO=15 (AZpress.AZ Mais İbrahimov, Ağcabədi)

Səyyar qəbul – görüş. Ağcabədi rayonunun Təzəkənd kəndində keçirilmişdi. -FOTO=15 (AZpress.AZ Mais İbrahimov, Ağcabədi)

  8 yanvar 2020-ci il tarixdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Təzəkənd kəndində vətəndaşlarla səyyar qəbul – görüş keçirmişdir. Qəbulda Təzəkənd kənd sakinləri, aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etmişlər.
AZpress.AZ- ın bölgə müxbiri xəbər verir ki, İcra başçısı cənab Rafil Hüseynov səyyar qəbul – görüşdə çıxış edərək ölkədə gedən geniş abadlıq – quruculuq işlərindən, əldə edilən hərtərəfli uğurlardan, sosial, təhsil və səhiyyə sahələrindən geniş söhbət etmişdir. Respublikada, eləcə də rayonumuzda pambıqçılığın inkişafı üçün mövcud olan böyük potensialdan danışan icra başçısı fevral ayının 9-da keçiriləcək Milli Məclisə seçkilərin mütəşəkkil, şəffaf keçməsi üçün vətəndaşların üzərinə düşən vəzifələr barədə vətəndaşlara geniş məlumatlar vermişdir.
Rayonda pambıqçılığın inkişafı və bu sahədə məhsuldarlığın artırılmasının zəruriliyini göstərən icra başçısı ölkə başçısı, möhtərəm Prezidentimiz İlham Əliyevin strateji əhəmiyyət daşıyan pambıqçılığa göstərdiyi böyük diqqət və qayğını vurğulamışdır. Bildirmişdir ki, pambıqçılıq təkcə iqtisadi qazanc deyil, həm də işsizliyin aradan qaldırılmasında, yeni iş yerlərinin yaradılmasında mühim amildir. 1000 hektar pambıq sahəsi 1500 iş yeri deməkdir. Hansı ki, təsərrüfatın başqa sahəsi olan yonca əkinində bu qədər sahə 10 – 11 iş yeri yaradır. Rayon rəhbəri ümidvar olduğunu diqqətə çatdırdı ki, bütün bu reallıqlara görə ağcabədililər ötən il olduğu kimi, bu ildə gəlirli sahə olan pambıqçılıqda yeni uğurlara imza atacaqlar.
Təhsil sahəsinə toxunan icra başçısı R.Hüseynov gələcəyimiz olan məktəblilərin yaxşı təhsil almaları, zamanını bilikli, savadlı vətənddaşları kimi böyümələri üçün məktəb, müəllim və valideynlərin rolundan ətraflı söhbət açmışdır. Bildirmişdir ki, 2006-cı ildən bu günə kimi C.Quliyev adına Təzəkənd kənd tam orta məktəbini bitirən 454 məzundan cəmi 66 nəfəri, yəni cəmi 14,5 faizi ali məktəblərə qəbul olmuşdur ki, buda olduqca aşağı göstəricidir. Rayon rəhbəri kənddə təhsilin müasir səviyyədə qurulması və yüksəldilməsi üçün öz dəyərli tapşırıqlarını və məsləhətlərini vermişdir.
Sonra söz çıxış etmək üçün yığıncaq iştirakçılarına verildi. Kənd sakinlərindən Fariz Əsgərov kəndin içərisindən keçən kanala natəmiz çirkab sular axıdıldığına narazılığını və onun təmizlənməsinə ehtiyac olduğunu, eləcə də kənddə içməli suya ciddi təlabat olduğunu dilə gətirdi.
Kənd sakini İbrahim Vəliyev kənddə elektirik xəttinin nasaz olduğundan onun yeni xətlərlə dəyişdirilməsinə ehtiyac olduğunu, Valeh Cəfərov əkin sahələrinə gedən su arxlarının təmizlənməsinə, Rüfət Hacıyev isə kəndə yeni çəkilən asfalt yolda məktəblilərin təhlükəsizliyini təmin etmək üçün məktəbin qarşısında asfalt yola traplin qoyulmasının zəruriliyini diqqətə çatdırdılar.
Kənd sakinlərindən Rəhim Allahverdiyev, Vahid Məmmədov, İlqar Cəfərzadə, Ramil Manafov, Yavər Səlimov, Əlqəmə Məmmədov, Məhəmməd Nəsibov və başqaları çıxış edərək onları narahat edən məsələlər barədə irad və təkliflərini bildirdilər.
Səyyar qəbulda kənddə körpələr evi uşaq bağçası və kənd klubunun tikintisinə də ciddi ehtiyacın olduğu diqqətə çatdırıldı.
Səyyar qəbul, görüşün sonunda rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov bir daha çıxış edərək kənd sakinləri tərəfindən qaldırılan məsələlərin həlli istiqamətində aidiyyatı idarə və təşkilat rəhbərlərinə lazımi tapşırıqlarını verdi. Qaldırılan bəzi məsələlər yerindəcə öz həllini tapdı.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !