Ukrayna təyyarə qəzası ilə bağlı ilkin versiyaları AÇIQLADI: - "Terror aktı, raket..."

Ukrayna təyyarə qəzası ilə bağlı ilkin versiyaları AÇIQLADI: "Terror aktı, raket..."

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası İranda Ukrayna təyyarəsinin qəzaya uğraması ilə bağlı əsas versiyaları açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ukrayna mənbələri məlumat yayıb. Məlumata görə, əsas versiyalar arasında təyyarənin zenit-raket qurğusu ilə vurulması, terror aktı nəticəsində partladılması və texniki səbəbdən mühərrikin sıradan çıxması yer alıb.
Qeyd edək ki, ötən gecə Ukrayna prezidenti Vladimir Zelenskinin qərarına əsasən qəzanın baş verdiyi bölgəyə, aralarında nazirlik nümayəndələrinin də olduğu 45 nəfərdən ibarət axtarış qrupu göndərilib.
Xatırladaq ki, Ukraynaya məxsus “Boeing 737” tipli sərnişin təyyarəsi yanvarın 8-də Tehranın İmam Xomeyni adına beynəlxalq hava limanında qəzaya uğrayıb. Qəza nəticəsində təyyarənin göyərtəsində olan 167 sərnişin və 9 ekipaj üzvü həlak olub. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !