İDMAN YENİLİKLƏRİni - İNTİQAM təqdim edir (AZpress.AZ) -FOTO=5

İDMAN YENİLİKLƏRİni İNTİQAM təqdim edir (AZpress.AZ) -FOTO=5

 CÜDO
---------------------------------------
Cüdoçuların ilk təlim-məşq toplanışı başlayıb


Cüdo üzrə Azərbaycan yığmasının üzvləri 2020-də ilk təlim-məşq toplanışına (TMT) başlayıb. Söhbət Avropa Cüdo İttifaqının Mittersildə (Avstriya) təşkil etdiyi beynəlxalq toplanışdan gedir. Xatırladaq ki, Köhnə Qitənin Cüdo İttifaqı ənənəvi olaraq, hər ilin əvvəlində məz bu şəhərdə Avropanın ən güclü tatmi ustalarının iştirakı ilə 10 günlük toplanış keçirir. Yeri gəlmişkən, həmin toplantıda Azərbaycan yığmasının üzvlərindən Rüstəm Orucov, Nicat Şıxəlizadə (hər ikisi 73 kq), eləcə də, İrina Kindzerska (+78 kq) da iştirak edir. Toplanışa yanvarın 15-də yekun vurulacaq.

Bu arada Azərbaycan cüdoçularının yeni mövsümdə iştirak edəcəkləri ilk turnir də bəlli olub. Azərbaycan Cüdo Federasiyasından (ACF) verilən məlumata görə, tatmi ustalarımız 2020-ci il mövsümünə 23-25 yanvar günlərində Təl-Əvivdə (İzrail) keçirilməsi nəzərdə tutulan Olimpiya təsnifatlı Qran-Pri olacaq. Artıq həmin turnirdə iştirak edəcək Azərbaycan komandasının heyəti də açıqlanıb. 5-i qadın olmaqla, 15 nəfərlik heyətdə kişilərdən Kəramət Hüseynov, Yaşar Nəcəfov (hər ikisi 60 kq), Orxan Səfərov, İbrahim Əliyev (hər ikisi 66 kq), Telman Vəliyev (73 kq). Murad Fətiyev, Hidayət Heydərov (hər ikisi 81 kq), Rüfət İsmayılov (90 kq), Aslan Mirzəyev (100 kq) və Şahin Qəhrəmanov (+100 kq), zərif cinslərdənsə, Ayişə Qurbanlı, Leyla Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva (52 kq), İçinxorlo Muntxsedev və Aleksandra-Larisa Florian (hər ikisi 57 kq) yer alıb.

Bir məqamı da qeyd edək ki, turnirdə ilk üç yeri tutan cüdoçular aktivlərinə müvafiq olaraq, 700, 490 və 350 reytinq xalı yazdırmış olacaq. 5-ci yerin sahibi 252, 7-ci yerə çıxan isə 182 xal qazanacaq. Yarışda Azərbaycan da daxil olmaqla, 94 ölkədən 664 cüdoçu mübarizə aparacaq.

İntiqam

======================================================

 

GÜLƏŞ
------------------------------
Yaşar Doğu turnirində kimlər güləşəcəklər
Olimpiya çempionu Toğrul Əsgərov da heyətdə yer alıb


Yanvarın 10-dan 12-dək Türkiyənin İstanbul şəhərində sərbəst və qadın güləşi üzrə ənənəvi beynəlxalq turnir keçiriləcək. Avropa, dünya və olimpiya çempionu Yaşar Doğunun xatirəsinə həsr olunan bu turnirdə Azərbaycan güləşçiləri də iştirak edəcəklər.Güləş Federasiyasından verilən məlumata görə, kişilərin yarışında ölkəmizi baş məşqçi əvəzi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında Əfqan Xaşalov, Pərviz İbrahimov, Georgi Edişeraşvili (hamısı 57 kq), İntiqam Vəlizadə, Ruslan Qasımov (hər ikisi 61 kq), Əli Rəhimzadə, Turan Bayramov (hər ikisi 65 kq), Ağahüseyn Mustafayev (70 kq), Toğrul Əsgərov, Hacımurad Hacıyev, Hacımurad Ömərov (hamısı 74 kq), Abubakr Abakarov (79 kq), Cəbrayıl Həsənov, Osman Nurməhəmmədov, Hacımurad Məhəmmədsəidov (hamısı 86 kq), Şamil Zubairov, Aslanbek Alborov (hər ikisi 92 kq) və Camaləddin Məhəmmədov (125 kq) təmsil edəcək. Diqqətçəkən məqamlardan biri, Olimpiya çempionu Toğrul Əsgərovun uzun müddətdən sonra yenidən yığmaya dönməsidir.
Qadınların yarışında isə ölkəmiz baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında Türkan Nəsirova (50 kq), Tatyana Varansova (53 kq), Alyona Kolesnik (57 kq), Elmira Qəmbərova, Tatyana Omelçenko (hər ikisi 62 kq), Elis Manolova (65 kq), İrina Netreba (68 kq) və Səbirə Əliyevadan (76 kq) ibarət heyətlə təmsil olunacaq. Nümayəndə heyətinə Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudov rəhbərlik edəcək.
15-ə yaxın ölkədən olan pəhləvanların çıxış edəcəyi bu turnir İstanbul Bağçılar Qapalı İdman Salonunda təşkil olunacaq. Sayca 48-ci dəfə tə.kil edilən bəlli turnirdə daha bir həmyerlimiz - beynəlxalq dərəcəli hakim Xəzər Allahverdiyev də iştirak edəcək. Turnir Türkiyənin "TRT Spor-2" telekanalı tərəfindən canlı yayımlanacaq.

İNTİQAM

=============================================

ŞAHMAT
-------------------------------------------
Qadınların dünya çempionatı davam edir


Yanvarın 5-də Şanxayda (Çin) qadınlar arasında startı verilən və mükafat fobdu 500.000 dollar təşkil edən şahmat üzrə dünya çempionluğu uğrunda matç görüşləri davam edir. Çinli dünya çempionu Tszyuy Venzyunla (2584 reytinq xalı) rusiyalı Aleksandra Qoryaçkinanın (2578) mübarizə apardığı matç seriyasında 4-şü görüş baş tutub. Heçəheçə ilə bitən 3 oyundan sonra çinli qrossmeyster ilk qələbəsini qazanıb və bununla da hesabda irəli çıxıb - 2,5:1,5. Xatırladaq ki, reqlamentə uyğun olaraq, təflər arasında 12 oyun keçiriləcək ki, bu oyunlardan da 6-sı Şanxayda, 6-sı isə Vladivastokda (Rusiya) keçiriləcək. Tərəflərdən hansı biri vaxtından əvvəl 6,5 xal toplasa, bununla da çempionluğun taleyi həll ediləcək. Əgər 12 oyundan sonra tərəflər hərəyə 6 xal toplasa, onda mübarizə tay-brekdə davam edəcək. Final seriyasının qalibi mükafat fondunun 60 faizini qazanmış olacaq. Əgər qalib tay-brekdə müəyyən olarsa, onda qalibə 55 faiz düşəcək. 11-12 yanvarda 5-ci və 6-cı partiyalar keçiriləcək. Qalan 6 oyun isə 16-17, 19-20 və 22-23 yanvar günlərində Vladivostokda baş tutacaq.
Xatırladaq ki, çinli şahmatçı 2018-ci ildə klassik şahmat üzrə dünya çempionu, 2-15-2016-cı illərdə Qran-Prinin qalibi, 2016 və 2018-ci illərdə Olimpiya çempionu, 2009 və 2011-ci illərdə komandalararası, 2017 və 2018-ci illərdə isə rapid üzrə dünya çempionu olub. 31.01.1991-ci ildə Çində doğulub.
28.09.1998-ci ild təvəllüdlü Qoryaçkina isə, 2019-cu ildə iddiaçılar turnirini udub. 2013 və 2015-ci illərdə qızlar arasında dünya çempionu olub. 2017-ci ildə Avropa çempionatının mükafatçısı olan Qoryaçkina elə həmin ildə komandalararası dünya çempionu da olub. O, 2015, 2017, 2019-cu illərdə komandalararsaı Avropa çempionatının qalibidir.
İNTİQAM

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !