ADO teatrında ADAM qısametrajlı sənədli filminin təqdimatı keçiriləcək - (Bağırzadə Əqdəs - AZpress.AZ)

ADO teatrında ADAM qısametrajlı sənədli filminin təqdimatı keçiriləcək (Bağırzadə Əqdəs - AZpress.AZ)

 ADO teatrında ADAM qısametrajlı sənədli filminin təqdimatı
keçiriləcək. Təqdimat 14 yanvar, saat 19:00-da baş tutacaq.

Rejissor: Emil Əli
Prodüserlər: Qan Turalı, Ali Araz
İçracı Prodüser: Fuad Cəfərov
Quruluşçu operator: Emil Əli
Montaj: Ahtam İbragimov, Fərid Şahbazov
Musiqi: Aleksandr Shamaluev
Drone Operatoru: Murad Qurbanov
Səs: Turap Başel
Tərcümə: Qəmər Alxanov, Nigar Yahyazadə
Məsləhətçilər: Gümrah Ömər, Amid Qasımov
İstehsal: Zen Film & Alfeka Filmworks

Film haqda:
Kürdili yarımadası 1981-ci ildə Xəzər dənizinin yüksəlməsi nəticəsində
adaya çevrilib. Yarımadada yerləşən iki kənddə yaşayanlar zamanla
adanı tərk etsə də, Vitali üçün bura axırıncı dayanacaq olur. Atasını
və anasını torpağa verdiyi, uşaqlığının, gəncliyinin keçdiyi
torpaqları tərk etmir. Geriyə böyük torpaq parçası və ömrünün, demək
olar ki, 66 ilini bu adada keçirmiş Vitali qalır. Kürdili
yarımadasının hekayəsindən bəhs edən "Adam" sənədli filmində Vitali
Proninin hekayəsi onun öz dilindən danışılır və filmdə ancaq bir
nəfərin xatirələri canlandırılır, arzuları paylaşılır.

Qeyd edək ki, ötən gün filmin qəhrəmanı olan Vitali dünyasını dəyişib.
Təqdimat mərhumun xatirəsinə ithafən baş tutacaq.

Filmin rejissoru Emil Əli haqda:
1997-ci ildə Goranboy rayonunda doğulub. 2014-cü ildə ali təhsil
üçün Türkiyəyə gedib. Uşak Universitetində “Radio, televiziya və
kino” ixtisası üzrə təhsil almışdır. Həmin dövrdə bir çox
qısametrajlı, eləcə də sənədli filmlərdə quruluşçu operator və
başqa vəzifələrdə çalışmışdır.

Filmin aldığı mükafatlar
9.Start Beynəlxalq Qısa Film Festivalı - Ən Yaxşı Sənədli Film
(Qızıl Nar)–2018
12.İstanbul Memarlıq və Şəhər Qısa Filmləri Festivalı - İkinci
Ən Yaxşı Sənədli Film 2018
13.JCI İstanbul Crossroads Beynəlxalq Film Festıvalı - Ən Yaxşı
Operator 2018
18.Kisa-Ca Beynəlxalq Tələbə Filmləri Festivalı - Kemal Öner
Özəl Mükafatı 2018
15.Beynəlxalq Snow Qısa Film Festivalı - Birinci Ən Yaxşi
Sənədli Film 2019
1.Çukurova Adana Fest Qısa Film Festivalı - İkinci Ən Yaxşı
Sənədli Film 2019
9.İstanbul Okan Universiteti Tələbə Filmləri Festivalı - Jüri
Özəl Mükafatı 2019
Sinekültür Universitetlər arası Qısa Film Yarışması - Ən Yaxşı
Sənədli Film 2019
TFAYY Migration Film Festival - Jüri Özəl Mükafatı 2019

Filmin iştirak Etdiyi Festivallar
Azərbaycan Kino Akademiyası "Qızıl Pəri" Peşə Mükafatı "Ən Yaxşı
Rejissor" (Sənədlidə) Nominant 2018
Azərbaycan Kino Akademiyası "Qızıl Pəri" Peşə Mükafati "Ən Yaxşı
Qısametarajlı Sənədli Film" Nominant 2018
2.Afsad Beynəlxalq Qısa Film Festivalı Rəsmi Nümayiş 2018
2.Bingöl Beynəlxalq Qısa Film Festivlı - Finalist 2018
5.Uşak Qanadlı Dənizatı Beynəlxalq Qısa Film Festivalı -
Finalist 2018
Inshort Beynəlxalq Film Festivalı - Finalist 2018
World Film Fair New York - Rəsmi Nümayiş 2018
41.Clermont Ferrand Beynəlxalq Qısa Film Festivalı, Film Market:
Türkiyədən Qısalar 2019
14.İşçi Filmləri Festivalı - Rəsmi Nümayiş 2019
Cefalu Film Festivalı - Finalist 2019
17.İstanbul Çevrə Qısa Film Festivalı - Finalist 2019
4.Türk Dünyası Sənədli Film Festivalı - Finalist 2019
Hacəttəpə Universiteti Sənədli Filmləri Günü - Rəsmi Nümayiş
2019
Giriş sərbəstdir!

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !