Uğur qazanan həmyerlilərimiz Türkiyədə mükafata layiq görüldülər -

Uğur qazanan həmyerlilərimiz Türkiyədə mükafata layiq görüldülər

 Türkiyədə ilin yekunalarına əsaslanaraqkeçirilən «Türkiyə Başarı» ödülləri mükafatlandırma gecəsində uğurlu simalar arasında azərbaycanlılar da yer aldı. tv8,5 telekanalı ilə yayımlanan gecədə il ərzində fəallıqla seçilən həmyerllərimiz nüfuzlu mükafata layiq görüldülər. Sözügedən mükafata Aqil Məmiyev (Azerbaycanın uluslararası başaralı genç girişimçisi), Dr. Azay Musayeva (Azərbaycanın başarılı doktor diyetisyeni), Dr. Rena Soltanova (Azerbaycanın başarılı doktor estetik dermatoliji uzmanı), Nicat Baxşaliyev (Azerbaycanın başarılı genç iş adamı) və Nuru Əhmedov (Azerbaycanin basarili uluslararasi modeli) sahib çıxdılar. Mükafatlandırma mərasiminin mətbuat konfransında çıxış edən Aqil Məmiyev “Beynəlxalq uğurlu gənc sahibkar” nominasiyasına layiq görüldüyü üçün təşkilatçılara təşəkkürünü bildirərək qeyd edib ki, bu ödüllər Türkiyə və Azərbaycan arasında sıx dostluq münasibətini, həmçinin qardaş ölkənin Azərbaycanın uğurlu iş adamlarına göstərdiyi diqqət və maraqın olduğunu göstərir. «Türkiyə Başarı» 2019 ödüllərini qazanan digər iştirakçılar da mükafatlandırma gecəsinin maraqlı keçməsindən və gələcəkdə iki ölkə arasında yeni layihələrin təşkil olunması baxımından uğurlu əməkdaşlıq kimi dəyərləndirdilər.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !