Sumqayıt Dövlət Dram Teatrında Yeni il tamaşası - -FOTO=9

Sumqayıt Dövlət Dram Teatrında Yeni il tamaşası -FOTO=9

AZpress.AZ-ın teatrın mətbuat xidmətindən aldığı məlumata görə,

İllərin qovuşacağında respublikanın hər yerində olduğu kimi Sumqayıtda da yaddaşlara həkk olunan , unudulmaz mədəni-kütləvi tədbirlər reallaşdı. Sumqayıt Dövlət Dram Teatrının yaradıcı heyəti də hər il olduğu kimi bu il də yeni il ərəfəsində maraqlı təqdimatı ilə uşaqlara unudulmaz sevinc bəxş etdi.
Teatrın bayram tamaşasını səciyyələndirən önəmli cəhət bədii-estetik zövqlə işlənməsi, ideya-məzmun yükünə və əyləncə ilə bərabər maarifçilik missiyasına malik olması, ən nəhayət peşəkar oyun tərzidir. Pərdə açılan kimi gözoxşayan səhnə tərtibatı, sır-sıra buz dağları, qarlı meşə tamaşaçıları qarlı qış meşəsinin sehrinə salır və bundan sonra baş verən hadisələrin izlənməsinə zəmin yaradır. “İlin şahı” Yeni il tamaşasının ssenari müəllifi və quruluşçu rejissoru əməkdar mədəniyyət işçisi Vasif Məmmədov, quruluşçu rəssamı Elşən Sərxanoğludur.Tamaşa karnaval estetikası üzərində qurulmuşdu. Bu da nağıl qəhrəmanları ilə balaca tamaşaçılar arasında səmimi münasibətin yaranmasına, improvizəyə rəvac verirdi.
Qeyd edək ki, dekabrın 28-dən yanvarın 4-nə qədər gün ərzində bir neçə seans nümayiş olunmaqla Yeni il şənliyi 5000-ə yaxın kiçik yaşlı tamaşaçıya fərəhli anlar , xoş ovqat bəxş edib.
Şaxta baba ilə Qar qızın, pyesin tərkibində olan digər personajların-tülkü, Bondar, toyuq və siçanın şən rəqsləri, məqama uyğun zarafatları maraqla qarşılanıb. Yeni il ərəfəsində və 2020-ci ilin ilk günlərində nümayiş olunan bayram tamaşasında əməkdar artistlər Sədaqət Nuriyeva, İzaməddin Bağırov aktyorlar Cavanşir Eyyubzadə, Aynur Hümmətova, Etibar Əmirov İradə Zeynalova və Məryəm Hüseynli çıxış edib.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !