İDMAN YENİLİKLƏRİni - İNTİQAM təqdim edir (AZpress.AZ) -FOTO=8

İDMAN YENİLİKLƏRİni İNTİQAM təqdim edir (AZpress.AZ) -FOTO=8

  VOLEYBOL

------------------------------------------
Yığmamızın Tokoi xülyası boşa çıxdı

Yanvarın 7-də Hollandiyanın Apeldorne şəhərində Azərbaycan milisi də daxil olmaqla Köhnə Qitənin 8 ən yaxşı qadın voleybol komandasının iştirakı ilə startı verilən və Tokio Olimpiadasına lisenziya xarakteri daşıyan turnirdə qrup oyunları (A və B qrupu) başa çatıb. Baş məşqçisi Vasif Talıbov olan yığmamızın Tokio Olimpiadasında iştirak etmək üçün son ümid yeri hesab edilən bu turnir də voleybolçularımız üçün uğursuz olub. Turnirin A qrupunda ev sahibi olan Hollabdiya, Bolqarıstan və Polşa millisi ilə mübarizəyə qatılan yığmamız keçirdiyi hər üç oyunda meydanı məğlub durumda tərk edib. Startda zanbaqlar ölkəsinin "narıncılar"ına 3:0 hesabla uduzan millimiz ikinci oyunda bolqarlarla bacarmayıb - 1:3. Bu məğlubiyyətdən sonra turnirin yarımfinalına (pley-off) çıxmaq şansını itirən komandamız son turda isə qrupun lideri olan və ilk iki oyundan sonra (bolqarları və ev sahiblərini udmaqla) vaxtından əvvəl pley-offda iştirak etmək hüququ qazanan Polşa yığması ilə qarşılaşıb. Təəssüflər olsun ki, yığmamız hər iki komanda üçün formal xarakter daşıyan bu oyunda da meydanı məğlubiyyətlə üzləşib - 0:3. Bununla da Tokioya bilet dalınca gedən qadın voleybol millimiz Hollandiyada bir qələbə də qazanmadan fiaskoya uğrayaraq, geri dönmək məcburiyyətində qalıb.Yığmamızın yer aldığı A qrupundan Polşa və Hollabndiya, B qrupundan isə Almaniya və Türkiyə millisi yarımfinala çıxıb. Hər iki qrupda komandaların yekun turnir cədvəli belə olub:

A qrupunda: 1.Polşa (3 oyun) 9 xal (setlərin fərqi 9-2), 2. Hollandiya (3) - 6 xal (s\f 7-3), 3. Bolqarıstan (3) - 3 xal (s\f 4-7), 4. Azərbaycan (3) - 0 (s\f 2-8),

B qrupunda: 1. Almaniya (3) - 9 xal (s\f 9-2), 2. Türkiyə (3) - 5 xal (s\f 7-6), 3. Belçika (3) - 4 xal (s\f 6-7), 4. Xorvatiya (3) - 0 xal (s\f 2-9). Yarımfinalda Polşa - Türkiyə və Almaniya - Hollandiya matçı keçiriləcək. Turnirin qalibi Tokio-2020-də iştirak etmək hüququ verən yegənə lisenziyanı qazanmış olacaq.

Bir maraqlı məqamı da qeyd edək ki, yığmamızın üzvü Yelizaveta Səmədova keçirdiyi hər üç oyunda matçın ən məhsuldar oyunçusu olub. Hollandlarla ilk oyunda özünün və komandasının aktivinə 18 xal yazdıran Səmədova bolqarlarla oyunda 23, polşalılarla görüşdə isə 14 xal toplamaqla cəmi 55 xal yığıb.

İNTİQAM

===========================================


Ayişə Abduləzimova hər kəsə təşəkkür edib


Hollandiyada qadın voleybol komandaları arasında keçirilən Avrpoa Olimpiya təsnifatlı turnirdə çıxışını uğursuz başa vuran Azərbaycan millisinin kapitanı Ayşən Abduləzimova Polşa ilə son oyundan sonra turnirlə bağlı öz təəsüratlarını bölüşüb. Tokio Olimpiadasında iştirak etmək iddiası ilə Hollandiyaya getdiklərini gizlətməyən kapitanımız facebook səhifəsində belə deyib: "Yığmamız üçün gərkinlik və həyəcan keçirən hər kəsə təşəkkür edirəm. Olimpiya təsnifatlı turnir bizim üçün demək olar kiŞ bitdi. Açığı deyim ki, Azərbaycanı Tokio Olimpiadasında təmsil etmək yığmanın hər bir oyunçusunun ümdə arzusu idi. Təəssüflər olsun ki, istəyimiz baş tutmadı. Ümid edirəm ki, Azərbaycan növbəti Olimpiadada təmsil olunacaq. Bizim Tokioya getmək imkanımız olmasa da, ora gedən hər bir komandaya uğrlar arzulayıram".

==========================================


ŞAHMAT---------------------------------------------

Venzyunla Qoryaçkina mübarizəsi davam edir

Yanvarın 5-də Çinin Şanxay şəhərində ev sahibi Tszyuy Venzyunla (2584 reytinq xalı) rusiyalı Aleksandra Qoryaçkina (2578) arasında Dünya Şahmat Tacı uğrunda keçirilən 12 partiyadan ibarət oyunlar seriyası bir günlük fasilədən sonra bu gün 5-ci turla davam edəcək. Xatırladaq ki, mükafat fondu 500 min dollar təşkil edən bu çempionluq yarışmasınin ilk 6 turu Şanxayda, qalan 6 turu isə Rusiyanın Bladivostok şəhərində keçiriləcək. Reqlamentə görə, tərəflərdən hər hansı biri vaxtından əvvəl 6,5 xal toplasa, o, dünya çempionu olmaqla yanaşı, həm də mükafat fondunun 60 faizinə yiyələnəcək. Hazırda 4 turdan sonra ümumi hesab çinli dünya çempionunun xeyrinə olmaqla, 2,5:1,5-dir.

image.png

 

İNTİQAM

============================================

GÜLƏŞ
---------------------------
Güləşçilərimiz Yaşar Doğu turnirinə iki medalla başlayıblar

Dünən Türkiyənin İstanbul şəhərində sərbəst və qadın güləşi üzrə Yaşar Doğunun sayca 48-ci olan ənənəvi xatirə turnirinə start verilib.Yarışın ilk gününü Azərbaycan güləşçiləri üçün uğurlu hesab etmək olar. Belə ki, ilk gündə qadınlar arasında 3 çəkidə medalçılar müəyyənləşib. Yığmamızın üzvlərindən ikisi - Türkan Nəsirova (50 kq) və İrina Netreba (68 kq) bürünc medal qazanıb. Alyona Kolesnik (57 kq) isə 5-ci yerlə kifayətlənib.
Sərbəst güləşçilərin yarışında isə iştirakçılasr 5 çəkidə mübarizə başlayıblar. Azərbaycan Güləş Federasiyasından aldığımız məlumata görə, təmsilçilərimizdən Əli Rəhimzadə (65 kq) adını finala yazdırıb. Əfqan Xaşalovla (57 kq) Cəbrayıl Həsənov (86 kq) bürünc medal uğrunda güləşəcək. Pərviz İbrahimov (57 kq), Turan Bayramov (65 kq), Ağahüseyn Musafayev (70 kq) və Osman Nurməhəmmədov (86 kq) isə təsəlliverici görüşlərə çıxacaq.

İNTİQAM

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !