Bakıda itkin düşən 14 yaşlı Mədinə tapıldı -

Bakıda itkin düşən 14 yaşlı Mədinə tapıldı

Yanvarın 12-də səhər saatlarında itkin düşən 2006-cı il təvəllüdlü Məmmədova Mədinə Camal qızı tapılıb.
Yeniavaz.com xəbər verir ki, Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsindən APA-ya verilən məlumata görə, 14 yaşlı M.Məmmədova ailəsinə təhvil verilib.

Bakı şəhəri Nizami rayonu, Çobanzadə küçəsi bina 71, mənzil 86-da yaşayan 14 yaşlı Məmmədova Mədinə Camal qızı bu gün səhər saatlarından itib.
www.azpress.az saiti xəbər verir ki, bu barədə Mədinənin əmisi Məmmədov Təzəxan məlumat verib. Onun sözlərinə görə, qardaşının bir oğlu, bir qızı var və onlar anaları ilə qeyd edilən ünvanda yaşayırlar: "Qardaşım özü Rusiyada yaşayır. Bu gün səhər anası işə gedib, qardaşı yatırmış, durub görüb bacısı yoxdur. Qardaşım qızı telefon işlətmirdi, heç bir sosial şəbəkədən istifadə etmirdi. Çox müəmmalı surətdə yoxa çıxıb Mədinə. 102-yə zəng edib məlumat verdik. Gəldilər izahat aldılar getdilər. Binanın sağında da solunda da TŞK (Təhlükəsiz Şəhər Kameraları) var. Baxırlar ya yox, bizə heç nə demirlər. Polis deyir ki, bir şey olsa deyəcəyik. Nə olacaq? Uşaq özü bölməyə gələcək? Mədinənin qardaşı deyir həyətdə təxminən 40 yaşlarında kimsə oturub bunları güdürmüş. Amma bizim heç kimdən şübhəmiz yoxdur".

24-cü Polis Bölməsinin növbətçisi Zaur Məmmədov sayta bildirib ki, baş vermiş hadisə ilə bağlı ailənin ərizəsi qəbul edilib və hazırda axtarış əməliyyatları aparılır: "Bakı üzrə bütün aidiyyatı qurumlara məlumat verilib. Kameralara da baxılıb, baxış davam edir. Bir məlumat olan kimi ailəyə xəbər veriləcək".

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !