Sumqayıt Dövlət Dram Teatrının 2020-ci ilin ilk həftəsonu tamaşaları - -FOTO=5

Sumqayıt Dövlət Dram Teatrının 2020-ci ilin ilk həftəsonu tamaşaları -FOTO=5

 AZpress.AZ-ın teatrın mətbuat xidmətindən aldığı məlumata görə,

2019-cu ili maraqlı və zəngin repertuarla başa vuran Sumqayıt Dövlət Dram Teatrı Yeni- 2020-ci ildə də bir sıra maarifləndirici layihələr gerçəkləşdirəcəkdir. Eyni zamanda ötən ildə teatrın direktoru Əməkdar artist Mübariz Həmidovun ideya müəllifi olduğu, tamaşaçıların teatra cəlb edilməsi üçün həftəsonu tamaşalarının mütəmadi nümayişi bu il də davam etdiriləcəkdir.
Hər zaman tamaşaçıların zövqünü oxşayan, mədəni istirahətini təmin edən Sumqayıt Dövlət Dram Teatrı 2020-ci ilin ilk ayında klasik komediyalar, müasir dünya dramaturgiyasından nümunələr, eyni zamanda vətənpərvərlik ruhunda əsərlərin nümayişini nəzərdə tutmuşdur.
Cari ilin ilk şənbə və bazar günlərində, teatrımız yanvarın 11 və 12-də M.F.Axundzadənin “Hacı Qara” komediyası və Amerika dramaturgiyasından Con Patrikin “Qarını öldürməliyik” əsərini saat 18:00-da tamaşaçılara təqdim edəcəkdır.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !