Tunel və keçidlərdə təmizlik işləri aparılıb - -FOTO=14

Tunel və keçidlərdə təmizlik işləri aparılıb -FOTO=14

AZpress.AZ-ın “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən aldığı məlumata görə,

Yağıntılı havalarda avtomobil tunellərində və yeraltı piyada keçidlərində yağış sularının yığılmasının qarşısını almaq məqsədi ilə təmizlik işləri aparılıb.

Bakı şəhərində mövcud olan bütün avtomobil tunellərinin yanaşma yollarında və içərisində, həmçinin yeraltı piyada keçidlərində olan yağış-kanalizasiya sistemi təmizlənərək ötürücülüyü bərpa olunub.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi avtomobil tunellərindən və piyada keçidlərindən istifadə edən vətəndaşlardan yağış-kanalizasiya sistemlərinin ötürücülüyündə problemlərin yaşanmaması üçün təmizliyə riayət etmələrini xahiş edir.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !