Xatirə icra başçısına müraciət etdi: Hansısa vəzifəli şəxsin... - -VİDEO

Xatirə icra başçısına müraciət etdi: “Hansısa vəzifəli şəxsin...” -VİDEO

Tanınmış müğənni Xatirə İslam yollarının pis vəziyyətdə olmasını əks etdirən görüntüləri "İnstagram" hesabında paylaşıb.
AZpress.AZ "yenisabah"a istinadla xəbər verir ki, müğənni artıq 7 aydır yaşadığı Novxanı qəsəbəsində yolların pis vəziyyətdə olmasından gileylənib. Xatirə İslamın sözlərinə görə, yol ərazidə aparılan qazıntı işlərində sonra bu vəziyyətə düşüb.
İfaçı Binəqədi rayon İcra Hakimiyyətinə müraciət edib:
“Biri daşı daş üstünə qoyanda tökülüb gəlirsiniz. Amma bunu da həll etmək lazımdır. Evimizə gedə bilmirik. Bütün Novxanıda əziyyət çəkən sakinlərin adından xahiş edirik ki, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı işə qarışsın. 7 ay əvvəl bu yolu kiməsə, nəyəsə görə qazdılar. Hansısa vəzifəli şəxsin evinə xətt çəkilməsindən ötrü yüzlərlə ev batır. Hər gün maşınlar bir-birinə dəyir, ziyan görür”.
Müğənninin videonun sonunda evinə getmək üçün israrla batıb qalan maşının yanından öz avtomobili ilə həmin maşını əzməsi görünür. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !