YouTube Üzeyir Mehdizadəni Qızıl düymə ilə mükafatlandırdı - -VİDEO

“YouTube” Üzeyir Mehdizadəni “Qızıl düymə” ilə mükafatlandırdı -VİDEO

Azərbaycanda ilk dəfə bir “YouTube” kanalın sahibi şirkət tərəfindən “Qızıl düymə” (Gold Button) ilə mükafatlandırılıb.
AZpress.AZ
oxu.az-a istinadla xəbər verir ki, bu, bir milyon izləyici sayını keçən müğənni Üzeyir Mehdizadədir.
Bununla bağlı şəxsi kanalından video yayımlayan müğənni şirkətdən göndərilən “Qızıl düymə” plaketini izləyicilərinə təqdim edib.
Qeyd edək ki, “YouTube” rəhbərliyinin 2012-ci ildə verdiyi bir qərarla istifadəçilərin kanallarının izləyici sayına görə onlara müxtəlif mükafatlar verilir.
Belə ki, izləyici sayı 100 mini keçən istifadəçilərə “Gümüş düymə”, bir milyonu keçənlərə “Qızıl düymə”, 10 milyonu keçənlərə “Brilyant düymə”, 50 milyonu keçənlərə isə “Rubin düymə” hədiyyə olunur.  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !