Gülağa Tənha - müsabiqə

Gülağa Tənha müsabiqə

          Gülağa Tənha yaradıcılığına həsr olunmuş şeir müsabiqəsinin iştirakçılarından biri Əbdül Məcidlidir. O, şairin "Dədə Qorquda müariət" şeiri ilə çıxış edir. Münsiflər heyyətində yer alan müəllif, şeirin ifasına münasibət bildirərək, yaranma tarixini açıqlayır:


- 1993 - ci il idi, cəbhəyə kömək edirdim, köməyimdən istifadə edən bəzi adamlar, Gürcüstan yoluyla Ermənistana yanacaq, silah - sursat satırdılar, Ermənilər də həmin yanacağı texnikalarına doldurub, o silahlarla Azərbaycana hücüm edirdilər. Sonra həmin adamları tutdular. Bu şeir də o ərəfədə baş verənlərin təsirindən yaranmışdır. Dədə Qorqud burada sinvolikdir: şeir Heydər Əliyevə müraciət olaraq yazılıb, sanki gördüklərimi ürək acısıyla nəql edirəm. Daha sonra Xalq artisti İlham Əsgərov da gənc qiraətçiyə öz məsləhətlərini verir...
 

DÜNYA ÖZ İŞİNDƏDİ

 

Sən görən dünya hanı?
Dünya yaman dəyişib.
Üzüdönük dünyadan
Ömür uman dəyişib.
Ümid can hayındadı,
Arzu – güman dəyişib.
Dəyişik düşüb, Dədə,
Dünyanın qeyrət camı.
Göz görə,
könül sevə,
Hardadı heyrət camı?!
Dünya dəyişdiyindən
Sanki dəyişib hamı!
Bir vaxtlar bu millətin
Sözü qılıncdan iti
Ahılları var idi,
Qılıncından qan daman
Oğulları var idi,
Ağ atlı oğlanların
Ömrünə beşik olan
Nağılları var idi.
Əyyam necə dəyişdi.
Dədə, gündüz dəyişdi,
Bir kimsə duyammadı,
Yoxsa gecə dəyişdi?..

İndi,
Keçəl Həmzələr
Kürsüyə dirsəklənib
Yalan üyüdür indi.
İçində özü boyda
Şeytan böyüdür indi.
Tamah dişindən sızan
Qan – millətin qanıdı.
Ucaltdığı sarayın
Suvağına qatdığı
Məmləkətin qanıdı…
Hanı, iti kəlməli
Ahıllar hanı, Dədə?!
Şərin kökünü kəsən
Oğullar hanı, Dədə?!
Şirin təsəlli kimi
Şirin yuxuma dolan
Nağıllar hanı, Dədə?!..
…Yel əsər, karvan keçər,
O şər-xata salammaz
Dünyanı gözümüzdən.
İman yiyəsi kimi
Dönməsək sözümüzdən.
Dünya yormuş Dədəsən,
Bunu da deyim sənə:
Dünyanı tapşırmışıq,
Dünyanın yiyəsinə!

18 may, 2005

 

#gulaqa tenha, #gulaqa qanbarov, #gülağa tənha, #gülağa qənbərov
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !