RASİM SADIQOV: "O GÜN MƏNİM ÜÇÜN ÖLMƏK QƏHRƏMANLIQ DEYİLDİ" - -FOTO=2

RASİM SADIQOV: "O GÜN MƏNİM ÜÇÜN ÖLMƏK QƏHRƏMANLIQ DEYİLDİ" -FOTO=2

"Qəhrəmanlıq qətliamı çəkərək dünyaya duyurmaq idi"
"Sovet əsgərlərinin xalqa qarşı təşkil etdiyi qırğının üzərindən 26 il keçməsinə baxmayaraq ağrılarımız hələ də azalmayıb. 20 Yanvar gecəsi Sovet əsgərləri zirehli texnikalarla Bakıya girərək müstəqillik mübarizəsi üçün toplanan vətəndaşlara atəş açdı".

Bunu azərbaycanlı fotoqraf Rasim Sadıqov AZpress.az xəbər agentliyinə müsahibəsində söyləyib. Fotoqraf o günləri hələ də yuxusunda gördüyünü deyib. O, qanlı şənbə gecəsi gördüklərindən danışıb. 60 yaşlı Sadıqov deyir ki, o günləri unuda bilmir: "İnsanların qışqırıqları, yaxınlarının cəsədləri yanındakı ah-nalələri, ağlayan insanları unuda bilmirəm".

Onun sözlərinə görə, qətliam törədənlərin görüntüsü belə normal hərbçilərdən fərqli olub. "Sanki onları yataqlarından yeni qaldırmışdılar. Uzun saçları, saqqalları, qəribə simaları var idi. Onlar gecə qətliam törətdikdən sonra səhərə yaxın yox oldular. Vəzifələrini icra edib dərhal getdilər. Ardınca Bakıya gənc Sovet ordusu gəldi".

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !