İDMAN YENİLİKLƏRİni - - İNTİQAM təqdim edir (AZpress.AZ)

İDMAN YENİLİKLƏRİni - İNTİQAM təqdim edir (AZpress.AZ)

Türkiyənin İstanbul şəhərində sərbəst və qadın güləşi üzrə Yaşar Doğunun ənənəvi xatirə turniri keçirilib. 15 ölkə komandasının qatıldığı bəlli turnirdə Azərbaycanın qadın və sərbəst güləş üzrə əsas yığmaları da iştirak edib. Güləşçilərimizin 2020-ci ildə qatıldıqları bu ilk yarış demək olar ki, uğurlu olub. Turnirə 8-i qadın olmaqla 24 güləşçi ilə qatılan yığmamız vətənə 5-i qızıl, 3-ü gümüş və 9-u bürünc əyarlı olmaqla 16 medalla dönüb. Qazanılan medallardan 5-i (1-1-3) zərif cinsdən olanların, 11-i (4-1-6) isə sərbəst güləşçilərin payına düşüb. Bu göstərici ilə aktivinə 99 xal yazdıran qadın komandamız komanda hesabında yalnız Türkiyədən geri qalmaqla, ikinci yeri tutub. Üçüncü yerin sahibisə bolqarlar olub. Sərbəst güləş üzrə yığmaməz isə 180 xalla bütün rəqiblərini geridə qoyub. Burada Türkiyə və Gürcüstan müvafiq olaraq, 2-3-cü yerləri bölüşüb. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !