İDMAN YENİLİKLƏRİni - İNTİQAM təqdim edir (AZpress.AZ) -FOTO=2

İDMAN YENİLİKLƏRİni İNTİQAM təqdim edir (AZpress.AZ) -FOTO=2

BOKS

-----------------------------------

Boksçularımız İstanbul turnirində


Bu gün Türkiyənin İstanbul şəhərində boks üzrə ənənəvi Əhmət Comərt turnirinə start verilib. 5 gün davam edəcək bu beynəlxalq yarışa Azərbaycan millisinin üzvləri də qatılıb. Azərbaycan Boks Federasiyasından aldığımız məlumata görə, turnirdə ölkəmizi məşqçi Oqtay İbrahimovun rəhbərliyi altında 4 boksçu təmsil edəcək ki, bu dördlükdə də Maqsud Xasmetov (52 kq), Cəbrayıl Yelekov (81 kq), Osnay Benkomo (91 kq) və Sadiq Səmədov (+91 kq) yer alıb. Ümumiyyətlə turnirdə

19 ölkədən 160 dəri əlcək ustası qüvvəsini sınayacaq. Turnirin ilk 2 günündə təsnifat görüşləri, yanvarın 16-da 1/4 final qarşılaşmaları baş tutacaq. Ertəsi gün yarımfinal döyüşləri təşkil olunacaq. Yanvarın 18-də isə həlledici final döyüşləri keçiriləcək və bununla da qaliblərin adları müəyyənləşəcək.

Yarışda daha bir həmyerlimiz - Emil Qurbanəliyev ədaləti qoruyan hakimlər sırasında yer alacaq. Komandamız vətənə yanvarın 19-da qayıdacaq.

İNTİQAM 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !