İDMAN YENİLİKLƏRİni - İNTİQAM təqdim edir (AZpress.AZ) -FOTO=2

İDMAN YENİLİKLƏRİni İNTİQAM təqdim edir (AZpress.AZ) -FOTO=2

KARATE

----------------------------------------------------------

İrina Zaretska 2020-yə "gümüşlə" başlayıb

Çilinin paytaxtı Santyaqoda böyüklər arasında karatenin WKF versiyası üzrə mövsümün ilk yarışı keçirilib. Söhbət Karate-1 Seriya A turnirindən gedir. 65 ölkədən olan 466 karateçinin mübarizə apardığı və eləcə də reytinq axarakterli bu turnirdə ölkəmizi məşqçi Denis Morozovun rəhbərliyi altında Dünya və Olimpiya reytinqinin lideri olan İrina Zaretska (-68 kq) təmsil edib. Maraqlıdır ki, qatıldığı yarışların hamısından medalla dönməsinə adət etdiyimiz İrina Cənubi Amerikadan da medalla dönüb. Turnirdə keçirdiyi 4 görüşün yalnız birində uduzan karateçimiz çıxışını ikinci yerdə başa vurmaqla gümüş medalla kifayətlənib. Startda Daniele Van Vikə (CAR) 9:0, ardından Qalina Melnikə (Ukrayna) 3:2, yarımfinalda isə Feryal Abdelazizə (Misir) isə 1:0 hesabı ilə qalib gələn idmançımızm, həlledici görüşdə Silviya Semeraroya (İtaliya) 0:1 hesabı ilə məğlub olub.

AMKF-dən aldığımız məlumata görə əsas milli komandamızın digər üzvləri isə təlim-məşqlərini davam etdirirlər. Yığmamızı 24-26 yanvar günlərində Parisdə mövsümün ilk Karate1 Premyer Liqa turniri gözləyir.

İNTİQAM

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !