Bu tarixdə bütün sənədsiz evlərlə bağlı qərar veriləcək - - RƏSMİ

Bu tarixdə bütün sənədsiz evlərlə bağlı qərar veriləcək - RƏSMİ

"Bakı şəhərində 163 min daşınmaz əmlakın sənədləşdirilməsi ilə bağlı araşdırmalar yekunlaşıb".
Bunu 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş konfransda çıxış edər Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rüstəm Şahbazov deyib.
Onun sözlərinə görə, ümumilikdə, bu işlər respublika üzrə, Bakı şəhəri də daxil olmaqla, 57 rayon və şəhərdə aparılır, digər sahələrdə isə 74 600 daşınmaz əmlak artıq yerli komissiyalar tərəfindən araşdırılıb.
"Sənədləri olmayan yaşayış evlərinin probleminin həlli ilə bağlı Prezident Administrasiyasının təsdiq etdiyi tədbirlər planının icrası ötən ilin 27 iyun tarixində təsdiq edilib. Problemin həlli ilə yerli komissiyaların yaradılması rayon icra hakimiyyətlərinə tapşırılıb və bu istiqamətdə işlər aparılır. İşlər tədbirlər planına uyğun olaraq bu ilin aprel ayında yekunlaşacaq və müvafiq materiallar yenidən Prezident Administrasiyasına təqdim olunacaq, hansı ki, müvafiq tikililərin rəsmiləşdirilməsi ilə bağlı qərar qəbul edəcək", - deyə R. Şahbazov qeyd edib. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !