İstiqlal Muzeyində "20 Yanvar Faciəsi" anıldı - -FOTO=4

İstiqlal Muzeyində "20 Yanvar Faciəsi" anıldı -FOTO=4

Azərbaycan Respublikası Prezident cənab İlham Əliyevin 13 dekbar 2019- cu il “20 yanvar faciəsi” nin 30 – cu ilinin qeyd edilməsi haqqında sərəncama əsasən Azərbaycan Respublikasının Dövlət Arxivi və Azərbaycan İstiqlal Muzeyinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Dövlət Arxivində 15 yanvar 2020 – ci il tədbir – sərgi keçirildi.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Arxivi İdarəsinin direktoru Emin Sərdarov, AMEA Tarix İnstitutunun direktor müavini, tarix elmləri üzrə fəlsəfə doktoru Cəbi Bəhramov, tarix elmləri doktoru Fəzail İbrahimli, ehtiyatda olan general - leytenant Yaşar Aydəmirov və Almaz Ülvi çıxış etdilər.
Sərgidə Azərbaycan İstiqlal Muzeyinin fondlarında saxlanılan 20 yanvar faciəsini əks etdirən fotoşəkillər və kinorejissor, ssenarist, Azərbaycan Respublikasının "Əməkdar incəsənət xadimi" Ziya Şıxlınskinin müəllifi olduğu “Dua” filmi nümayiş etdirildi.
Tədbirdə Xüsusi Dövlət Mühafizə Xidməti əsgərləri, məktəblilər, muzeyin və arxivin əməkdaşları iştirak etdilər.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !