İDMAN YENİLİKLƏRİni - İNTİQAM təqdim edir (AZpress.AZ)

İDMAN YENİLİKLƏRİni İNTİQAM təqdim edir (AZpress.AZ)

 VOLEYBOL
-----------------------------
"Azərreyl" "Mübariz"lə mübarizədən qalib ayrılıb


Bu gün qadın voleybol klublarının mübarizə apardığı Azərbaycan Superliqasında daha bir oyun keçirilib. Dərnəgüldəki Voleybol Mərkəzində baş tutan oyunda şlkə voleybolunun flaqmanı olan "Azərreyl"lə çempionatın debutantlarından sayılan "Mübariz" qarşılaşıb. Qarşılaşma flaqmanın quru hesablı qələbəsiylə bitib - 3:0. Bu qələbədən sonra aktivindəki xalların sayını 6-ya çatdıran Famil Ağayevin komandası yarış cədvəlində liderlik mövqeyini möhkəmləndirib.
Hazırda komandaların turnir vəziyyəti belədir: Azərreyl - 6 xal (2 oyun), Mübariz - 3 xal (2), Murov - 3 xal (2), Abşeron - 0 xal (1), UNEC - 0 xal (1). Abşeron - 0 (1)

 

TRİATLON
---------------------------
Yığmanın üzvləri Kiprdə toplaşıblar


Azərbaycanın triatlet üzrə tyığması 2020-ci il məvsümünün hazırlıq mərhələsinə Kiprdə başlayıb. Gənclər İdman Naziliyindən verilən məlumata görə baş məqçi Sergey Yaşenkonun rəhbərliyi altında Larnakedə (Kipr) başlanan toplantıya hələlik yığmanın lideri Rostislav Pevtsovla Kseniya Levkovskaya cəlb edilib. Xatırladaq ki, triatletlərimizi qarşıda bir neçə Olimpiya təsnifatlı turnirlər gözləyir.

İNTİQAM

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !