Sumqayıt Dövlət Dram Teatrının kollektivi anım mərasimində... -

Sumqayıt Dövlət Dram Teatrının kollektivi anım mərasimində...

 İyirmi yanvar tariximizin həm kədərli məqamıdır, həm də qürur yerimizdir.Xalqımızın qan yaddaşına qəhrəmanlıq günü kimi əbədi həkk olunan Yanvar faciəsinin 30-cu ildönümü öıkənin hər yerində olduğu kimi Sumqayıtda da kütləvi qeyd olundu. Böyük izdihamla müşaiyyət olunan anım mərasimində Sumqayıt Dövlət Dram Teatrının rəhbərliyi və işçi heyəti yer aldı. Hər zaman repertuarında vətənpərlik mövzusuna, maarifləndirici eyni zmanda tarixi əsərlərə xüsusi yer verən Sumqayıt Dövlət Dram teatrının kollektivi Şəhidlər xiyabanını ziyarət etdi Teatrın drektor əməkdar artist Mübariz Həmidov və yaradıcı heyət xiyabanda şəhid məzarlarına gül dəstələri qoydular. Yaradıcı həyət bir daha o günlərə tarixi ekzkurs etdi.
Qəhrəmanlıq tarixi, cəsurluq dərsi, mücadilə qüdrəti olan millət hər zaman mənəvi varlığını qoruyacaqdır. Nə xoş ki, bu keyfiyyətlərə sahib olan Xalqımız bu gün Heydər Əliyev ideyalarının işığında Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə nurlu sabaha doğru inamla irəliləyir.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !