Son 5 ildə azərbaycanlılar Türkiyədən nə qədər mənzil alıblar? - - SİYAHI

Son 5 ildə azərbaycanlılar Türkiyədən nə qədər mənzil alıblar? - SİYAHI

Yola saldığımız 2019-cu ildə Azərbaycan vətəndaşları Türkiyədən 1 191 mənzil satın alıblar.
Türkiyə Statistika İdarəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, əvvəlki illə müqayisədə Türkiyədən ev alan azərbaycanlıların sayı azalıb. Belə ki, 2018-ci ildə azərbaycanlılar Türkiyədən 2019-cu ildəkində 59 mənzil çox - 1250 mənzil satın alıblar.
Məlumat üçün bildirək ki, son 5 il ərzində - 2015-19-cu illər ərzində Azərbaycan vətəndaşları Türkiyədən 4 808 mənzil satın alıblar.
Azərbaycan vətəndaşlarının Türkiyədən aldıqları mənzillərin sayı illər üzrə bu cür olub:
İllər Mənzillərin sayı
2019 =1191
2018 =1250
2017=942
2016 =610
2015 =815 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !