MƏŞHUR ŞAHMATÇI ZEYNƏB MƏMMƏDYAROVA İLƏ BAĞLI SENSASİON MƏKTUB... - GÜLAĞA TƏNHANI KİM VƏ NƏ ÜÇÜN ZƏHƏRLƏYİB?-

MƏŞHUR ŞAHMATÇI ZEYNƏB MƏMMƏDYAROVA İLƏ BAĞLI SENSASİON MƏKTUB... GÜLAĞA TƏNHANI KİM VƏ NƏ ÜÇÜN ZƏHƏRLƏYİB?-

 Bir neçə gün əvvəl “Təzadlar” qəzetinin elektron poçtuna 44 saylı Sumqayıt-Xızı Seçki Dairəsindən Deputatlığa namizəd, Sumqayıt Bələdiyyəsinin üzvü, tanınmış şahmatçı Zeynəb Məmmədyarova ilə bağlı sensasion məktub daxil olub... Məktubun kim tərəfindən və nə məqsədlə yazıldığı və nə üçün məhz “Təzadlar” qəzetinə göndərildiyi bizim üçün aydındır. Lakin təəssüflər olsun ki, həmin məktub-yazını Z.Məmmədyarovanın mövqeyini öyrənmədən dərc etmək hələki mümkün deyil: həm peşə etikası baxımından, həm də məktubdakı olduqca ciddi faktlara ən azı qarşı tərəfin mövqeyini öyrənmədən.
Məsələyə aydınlıq gətirmək üçün isə Sumqayıt Bələdiyyəsinin elektron poçtuna, eləcə də Zeynəb Məmmədyarovanın facebook səhifəsinə, həmçinin həmin səhifədəki məktub bölümünə yazmışıq, bizimlə əlaqə saxlamasını xahiş etmişik. Təəssüflər olsun, hələ də cavab yoxdur. Amma cəhdlərimiz davam edir.
***
Xatırladırıq ki, məktub başdan ayağa Z.Məmmədyarovanın birinci həyat yoldaşı Gülağa Tənha (Qənbərov) ilə istər əvvəlki dost-mehriban, istərsə də hazırkı düşmən münasibətlərinə və s. aiddir. Məktubdan da aydın olur ki, cütlük bir müddət əvvəl boşanıblar, sonradan isə bir dəfə barışıblar, lakin yenidən düşmənə çevriliblər. Biz KİV olaraq araşdırdıq, məktubda üstüörtülü yazılsa da, bu qatı düşmənçiliyə gətirib çıxaran əsl səbəbi öyrəndik... Hətta məktubdan o da aydın olur ki, guya (sübut olmadığından belə deyirik) Z.Məmmədyarova Gülağa Tənhanı bir dəfə zəhərləyib və... Bunun da nə məqsədə edildiyi məktubda aydın şəkildə şərh edilir.
Ümumiyyətlə, məktubda sensasion faktlar yer alır və təkrar edirik, həm Gülağa Tənhanın, həm də Zeynəb Məmmədyarovanın mövqeyini öyrənməyə çalışırıq

Təzadlar”

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !