Azərbaycanın Əməkdar artisti Elvin Hoca Qəniyev Türkiyədə mükafata layiq görülüb. - (Bağırzadə Əqdəs - AZpress.AZ)

Azərbaycanın Əməkdar artisti Elvin Hoca Qəniyev Türkiyədə mükafata layiq görülüb. (Bağırzadə Əqdəs - AZpress.AZ)

 Tanınmış gənc violin ifaçısı, Azərbaycan Respublikasının Əməkdar
artisti Elvin Hoca Qəniyev Türkiyənin 2019-cu il üçün “Aydın Gün
Təşviq Mükafatı”na layiq görülüb. İstanbul Mədəniyyət və Sənət
Vəqfinin (İMSV) mədəniyyət və sənət sahəsinə, eləcə də gələcəyin
sənətçilərinin yetişməsinə dəstək məqsədilə 2012-ci ildə təsis etdiyi
mükafat Elvinə bu ilin iyun ayında təşkil olunacaq 48-ci İstanbul
Musiqi Festivalının açılış mərasimində təqdim ediləcək.

1997-ci ildə musiqiçi ailəsində dünyaya gələn Elvin 5 yaşından skripka
ifa etməyə başlayıb. Səkkiz yaşında babası - Azərbaycanın Xalq
artisti, skripkaçı və dirijor Sərvər Qəniyevlə birlikdə ilk konsertini
verib. Həmin il İsveçrənin Sürix Konservatoriyasının “Gənc sənətçi”
proqramına daxil edilib. 10 yaşında Vladimir Spivakovun rəhbərliyi ilə
“Moskva virtuozları” ilə birlikdə Kreml Sarayında ilk konsertini
təqdim edib.

İspaniyanın paytaxtı Madriddə Reina Sofia İncəsənət Mərkəzinin Ali
Musiqi Məktəbini bitirən gənc ifaçı hazırda Almaniyada Hannover
Musiqi, Teatr və Media Universitetində təhsilini davam etdirir.

Virtuoz ifaçı indiyədək bir çox müsabiqə və festivallarda uğur
qazanıb. O, gənc violin ifaçılarının K.Lipinski və Q.Venyavski adına,
P.İ.Çaykovski adına, D.Oystrax adına və digər nüfuzlu beynəlxalq
müsabiqələrin laureatıdır. 2008-ci ildə Prezident İlham Əliyevin
müvafiq sərəncamı ilə onun adı Azərbaycanın gənc istedadlarının “Qızıl
kitabı”na yazılıb.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !