"Qaradağ - Azərbaycan musiqisinin beşiyi" adlı müsabiqəsi elan edilir... -

"Qaradağ - Azərbaycan musiqisinin beşiyi" adlı müsabiqəsi elan edilir...

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və
layihəsi, Azərbaycanın Özbəkistandakı Səfirliyi, habelə Özbəkistan Milli Mətbuat Agentliyinin
dəstəyi ilə 2020-ci il üzrə Özbəkistan KİV-ləri arasında Azərbaycan haqqında müxtəlif
nominasiyalar üzrə müsabiqə elan edilib.
Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə builki nominasiyaları
aşağıdakı mövzular daxil edilib.
Bu il müsabiqədə əsasən Azərbaycan-Özbəkistan əməkdaşlığı, hər iki ölkənin həyata
keçirdiyi nəhəng layihələr, islahatlar və əldə etdiyi nailiyyətlərə dair mövzuya xüsusi yer
verilib. Bununla əlaqədar “Azərbaycan-Özbəkistan əməkdaşlığı: uğur və mailiyyətlərimiz” adlı
nominasiya müəyyən edilib.
Bildiyimiz kimi ötən illər ərzində Azərbaycanın bir sıra şəhərləri Türk və İslam
mədəniyyətinin paytaxt şəhərləri seçilmiş, 2020-ci ildə isə Xivə Türk mədəniyyətinin, Buxara
isə İslam mədəniyyətinin paytaxt şəhərləri seçilib.
Məhz, bu tarixi hadisəni nəzərə alaraq builki nominasiyaya “Azərbaycan və Özbəkistanın
türk və islam mədəniyyətlərinin paytaxt şəhərləri” adlı xüsusi nominasiya daxil edilib. Qardaş
ölkənin jurnalistləri mədəniyyətimizin paytaxt şəhərləri, onlar arasında Böyük İpək yolu üzrə
tarixi əlaqələr, bu şəhərlərin ölkəmizin və dünyanın mədəni mərkəzləri kimi rolu və inkişafı
barədə məqalələrinə üstünlük veriləcəkdir.
Bu ilki müsabiqədə Azərbaycan tarixi və mədəniyyətində xüsusi yer tutan, Azərbaycan
milli musiqisinin beşiyi olan Qarabağa, orda Azərbaycan xalqının yaratdığı mədəniyyət,
musiqi, muğam sənətinə dair məqalələrə xüsusi yer ayrılıb. Bu səbəbdən elan olunan
müsabiqənin növbəti nominasiyası “Qarabağ – Azərbaycan musiqisinin beşiyi” adlanıb və bu
mövzuda məqalələrə üstünlük verilməsi nəzərdə tutulub.
2020-ci ildə qardaş ölkənin telekanallarında ölkəmizə, habelə Azərbaycan-Özbəkistan
dostluğuna dair nümayiş etdiriləcək verilişlərə daha çox diqqət yetirilməsi nəzərdə tutulub,
ötən ildə olduğu kimi bu il də elan olunan müsabiqədə “İlin ən yaxşı televiziya verilişi” adlı
nominasiya saxlanılıb.
Bundan başqa, qeyd olunan mövzuda “ilin ən yaxşı sənədli filmi, videoçarxı və səhnə
əsəri” adlı nominasiyası müəyyənləşdirilib.
İki xalq arasında dostluq əlaqələrinin inkişafı, habelə bu işin uğurlu aparılmasında kitab,
jurnal və digər çap əsərlərinin mühüm əhəmiyyəti vardır. Hər iki ölkənin dahi şairlərinin,
yazıçılarının əsərlərinin qarşılıqlı tərcüməsinin həyata keçirilməsi xalqlarımız üçün olduqca
zəruri məsələlərdəndir. Azərbaycan Mədəniyyət Nərkəzi bu işi stimullaşdırmaq məqsədi ilə
ən yaxşı nəşr və tərcümə layihələri mövzusunda nominasiya elan edib.
İl ərzində Azərbaycan və Özbəkistan arasında dostluq əlaqələrini, qarşılıqlı əməkdaşlığı
təbliğ edən ən fəal azərbaycanlı və özbək xadimlər, alimlər, ictimaiyyət nümayəndələri,
diaspor nümayəndələri də müsabiqənin xüsusi mükafatlarına layiq görüləcəklər.
2020-ci ildə “Azərbaycan-Özbəkistan dostluğu, habelə ölkəmizin tarixi, mədəniyyəti, adət
və ənənələri, iqtisadiyyatı, turizmi haqqında ən çox materiallar dərc edən və yayımlayan
mətbu orqanlara da (qəzet, jurnal, sayt, televiziya kanalı) ənənəvi olaraq xüsusi mükafatlar
təqdim ediləcəkdir.
Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovun məlumata məlumat
verərək ötən il qalib gələn jurnalistlərin ənənəvi olaraq hər ilin yay aylarında Azərbaycana
təşkil olunan “Mediatur”da iştirak etmək imkanı əldə etdiklərini qeyd edib. Azərbaycan
Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilən bu Mediatur zamanı Özbəkistanın aparıcı
media nümayəndələri ölkəmizin paytaxı Bakı və respublikamızın tarixi məkanları,
mədəniyyət, turizm mərkəzlərində olaraq, orada çəkilişlər aparır, xüsusi məqalələr
hazırlayırlar. Samir Abbasov ötən illər ərzində “Mediatur”un hər il təşkil edildiyini və aparılan
sistemli iş nəticəsində Özbəkistanda dostluğumuz, habelə Azərbaycan mədəniyyəti, tarixi,
ölkəmizin əldə etdiyi nailiyyətlər geniş işıqlandırıldığını qeyd edib.

Qeyd edək ki, 2013-cü ildən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum
günü 10 may tarixindən başladılan müsabiqəyə maraq böyükdür, hər il Özbəkistanın çoxsaylı
jurnalistləri, mətbuat nümayəndələri, fəal xadimlər, alimlər, tərcüməçilər bu layihədə iştirak
edərək Özbəkistan-Azərbaycan dostluğu, Azərbaycana dair Özbək mətbuatında çoxsaylı
materiallar yayımlayırlar.

Müsabiqədə iştirak etmək üçün bu əlaqə telefonu: 
Tel.: +99871 293 53 56 (iş)
Email: [email protected]
Veb-sayt: http://azculture.uz

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !