Avstraliyada yanğınlar böyüməkdə davam edir - – Əhali bölgədən çıxardılır

Avstraliyada yanğınlar böyüməkdə davam edir – Əhali bölgədən çıxardılır

Avstraliyada aylardır davam edən yanğınlar səbəbi ilə Kanberrada hava limanı müvəqqəti olaraq bağlanıb.
AZpress.AZ xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə hava limanın rəsmi səhifəsində məlumat yerləşdirilib. Məlumata görə, yanğın sürətli şəkildə ətrafa yayılmaqda davam edir və təyyarələrin eniş və uçuşlarında problemlər yaradır. Bölgədə bir çox yolların bağlanıldığı da qeyd edilib. Eyni zamanda Kanberrada yaşayan əhaliyə bölgəni tərk etmələri ilə bağlı xəbərdarlıq edilib.
Qeyd edək ki, Avstraliyda ötən ilin sentyabr ayından davam edən yanğınlar nəticəsində milyarddan çox heyvan ölüb və milyonlarla hektar ərazi yanıb. Dekabrda isə 27 nəfər ölüb, 2 mindən çox ev dağılıb. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !