Sumqayıt Dövlət Dram Teatrında Xalq artistinin 80 illiyi qeyd olundu. -

Sumqayıt Dövlət Dram Teatrında Xalq artistinin 80 illiyi qeyd olundu.


Sumqayıt Dövlət Dram Teatrının rəhbərliyi hər zaman burda çalışmış və
hazırda fəaliyyət göstərən insanlara xüsusi qayğı və diqqətlə yanaşmışdır.
Zamanında Azərbaycan teatrına töhvə vermiş sənət adamları premyeralara dəvət
olunur, onların doğum günləri, yubileyləri diqqətdən kənar qalmır.
Bugün Sumqayıt Dövlət Dram Teatrının səhnəsində yetərincə maraqlı,
xarakterik obrazlar yaratmış Svetlana Həkimovanın 80 illik yubileyi qeyd olundu.
Teatrın direktoru Əməkdar artist Mübariz Həmidov sənətkarı təbrik etdi, dövlətin
mədəniyyətə qayğısını vurğuladı. O cümlədən Sumqayıtın sosial- mədəni
inkişafından söz açdı və bu inıişaf palitrasında teatrın da öz çalarlarının
olduğundan qürur duyduğunu söylədi. Direktor müavinləri Əməkdar artist Vidadi
Məmmədov, Maya Məmmədova, quruluşçu rejissor Əməkdar artist Namis
Şirməmmədov, istedadlı aktrisa Əməkdar artist İlahə Səfərova və digər aktyorlar
çıxışlarında Svetlana xanımın teatrda, televiziyada, şəhərin mədəni-kütləvi
tədbirlərində oynadığı obrazlara nəzər saldılar. Xalq artistinin oyun tərzindən,
səhnədə çevikliyindən, inprovizə qabiliyyətindən danışdılar. Qeyd olundu ki,
Svetlana Həkimovanın yaratdığı “Solğun çiçəklər”- Sara, “Qaraca qız”- Gülğəri
nənə, “Demoklisin qılıncı”- Hakimin qızı və bir sıra obrazları bugün də yaddaşlarda
qalır. Sonda teatrın direktoru Əməkdar artist Mübriz Həmidov Sumqayıt Dövlət
Dram Teatrının kollektivi adından Svetlana xanıma bir daha təbrikini bildirdi və
teatr kollektivi adından hədiyə təqdim etdi.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !