ABŞ şirkəti "Aztelekom"u məhkəməyə verdi - 5 milyon tələb edilir -

ABŞ şirkəti "Aztelekom"u məhkəməyə verdi - 5 milyon tələb edilir

ABŞ şirkəti olan və 20 ildir internet bazarında fəaliyyət göstərən Avirtel şirkəti "Aztelekom" MMC-ni məhkəməyə verib.
AZpress.AZ xəbər verir ki, bu barədə bizimyol.info-ya şirkətin hüquqşünası Qəzənfər Paşayev məlumat verib.
O qeyd edib ki, təmsil etdiyi şirkət haqsız rəqabət və süni inhisarçılıq fəaliyyətinin nəticəsi olaraq 10.000-dən artıq müştəri itirib.
“Tək Avirtel yox, internet bazarında fəaliyyət göstərən digər yerli şirkətlər də xeyli sayda müştəri itkilərinə məruz qalmış, həmçinin müştərilərin də təməl hüquqlarından biri olan seçim hüquqları pozulmuşdur.
Bəzi müştərilər məsələ ilə bağlı sosial şəbəkələrdə petisiyalar başlatmışlar Prezidentin Strateji Yol Xəritəsində qeyd olunanların əksinə hərəkət edən "Aztelekom" MMC süni inhisarçılıq fəaliyyətini həyata keçirərkən çox təəssüflər olsun ki, Prezidentin Fərmanını əldə rəhbər tuturlar. Cənab Prezidentin hər zaman xarici investisiyanın qorunması, sahibkarlar üçün rəqabətli mühitin yaradılması istiqamətində dəfələrlə çıxışları olmasına baxmayaraq "Aztelekom" bütün bunların əksinə gedərək internet sektorunda monopoliyanın yaranmasına, ölkəmizin imicinin beynəlxalq aləmdə zədələnməsinə şərait yaradırlar.
"Aztelekom" MMC tərəfindən yaradılan süni maneələrlə bağlı məhkəməyə müraciət olunub (İddia tələbi: 5 milyon məbləğində dəymiş maddi zərərin əvəzinin ödənilməsi və qanunsuz olaraq "Aztelekom" şəbəkəsinə qoşulmuş müştərilərin geri qaytarılması).
Yanvarın 28-də Bakı Kommersiya məhkəməsində hakim Əliyeva Aytənin sədrliyi ilə Avirtel MMC və "Aztelekom" MMC arasındakı məhkəmə mübahisəsinə baxılacaq. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !