Bank BTB 2019-cu ildə mənfəətini əhəmiyyətli dərəcədə artırıb -

Bank BTB 2019-cu ildə mənfəətini əhəmiyyətli dərəcədə artırıb

Bank BTB 2019-cu ili 7 milyon 523 minmanat xalis mənfəət ilə başa vurub. Belə ki, bu göstərici 2018-ci ilinxalis mənfəəti ilə müqayisədə9.7 dəfə çox, yəni, 6 milyon 819 min manat deməkdir. 2019-cu ilin göstəricilərinə əsasən Bank BTB-nin cəmi aktivləri341 milyon 542 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 9 % artım deməkdir.

Bank BTB 2019-cu ildə müştərilərini kredit məhsulları ilə təmin etmiş və həmin dövr ərzində kredit portfelini 14% artıraraq ümumi kredit portfelini 212 934 minAZN-ə çatdırmış, bununla da kreditləşmədə ciddi artım əldə etmişdir.

Müştəri portfelini genişləndirən Bank BTB2019-cu il dövrü ərzində fiziki şəxs müştərilərinin sayında5%, hüquqi şəxs müştərilərinin sayında26%, plastik kartların sayında31%, nağdsız əməliyyatlar üzrə dövriyyədə isə20% artıma nail olmuşdur.

2018-ci il ilə müqayisədə 2019-cu ildə Bank BTB-nın faiz gəlirləri 2 milyon 949 min manat, yəni 15% artaraq22 milyon 17 min manat, qeyri-faiz gəlirləri isə 210 min manat və ya 3% artaraq 6 milyon 797 min manat təşkil edib.

Hər il olduğu kimi 2019-cu il dövrü ərzində də Bank BTBtəklif etdiyikredit məhsulları və əlçatan xidmətləri ilə müştərilərin inam və etimadını qoruyub saxlaya bilmişdir. Bunun nəticəsi olaraq, 2019-cu ildə bankın depozit portfeli133 milyon 344 min manata çatmışdır. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 8% çoxdur. Qeyd edək ki, müştəri depozitləri əsasən tələbli və müddətli hesablarda uyğun olaraq 32% və 68 % nisbətində cəmlənmişdir.

 Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ildə Bank BTB-ninfaiz xərcləri 900 min manat, yəni 8% artaraq 11 milyon 788 min manat, qeyri-faiz xərcləri isə 1 milyon 133 min manat, yəni 8% artaraq 14 milyon 472 min manat təşkil edib. 

“2019-cu il Bank BTB üçün çox uğurlu olub, bunu bütün biznes göstəriciləri üzrə əldə etdiyimiz uğurlu maliyyə nəticələri təsdiqləyir. Bu, müştərilərə keyfiyyətli maliyyə xidmətləri göstərən komandamızın gərgin əməyinin nəticəsidir. Bu il bankın yeni biznes strategiyasının birinci ilini tamamladıq. Strategiyamıza uyğun olaraq 2020-ci il üçün daha da iddialı hədəflərimiz var.” – deyə “Bank BTB”nın İdarə Heyəti sədrinin birinci müaviniRüfət Abbasov qeyd edib.

Onu da qeyd edək ki, Bank BTB onlayn müraciət kanallarını genişləndirərək Facebook (www.facebook.com/bankbtb) və Instagram (www.instagram.com/bankbtb/) səhifələri ilə yanaşı 055 3000 946 WhatsApp (https://wa.me/994553000946) nömrəsini də müştərilərinin ixtiyarına verib. Həmçinin, bu və digər məhsul və kampaniyalarımız haqqında (012) 946 nömrəli Məlumat Mərkəzindən və www.btb.azrəsmi saytındanməlumat ala bilərsiniz.

”Məlumat üçün, Bank “BTB” 2010–cu ildə təsis olunub və universal bank olaraq bütün növ bank xidmətlərini göstərir. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !