Azərbaycan kinosu da cavanlaşır... - FOTO=28

Azərbaycan kinosu da cavanlaşır... FOTO=28

Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Məktəbində 21.01.2020 - 23.01.2020 tarixində növbəti ustad dərsləri keçirildi. Dünya şöhrətli ssenarist Pavel Finnin gəlişindən sonra bu dəfə görkəmli ssenarist, kinorejissor Əli Xamrayev ustad dərsləri üçün Kino Məktəbinə dəvət olunmuşdur.
Dərsdən bəzi qeydlər: Filmdə ən vaciblərdən biri ovqatdır... Kütlənin izlədiyi və bəyəndiyi kino sanki şəhəri bürüyən fast food butkalarıdır, yaxşı kino isə bir qədər kənarda mövcud olan milli mətbəxlərdən ibarət restoran kimidir. Onlar nə yediklərinə fikir vermirlər...
...Yaradıcı insan tox olmalıdır. Ac mədəylə siz heç nə edəbilməzsiniz.
...Siz dünyanın ən müqəddəs işi ilə məşğul olursunuz, söhbət ciddi filmdən gedir. Bu məsləhəti mənə Mikelancelo Antonioni demişdir...
Yaradıcı adam ac olmalıdır fikri, cəfənqiyyatdır!

82 yaşlı Xamrayev daha sonra tarixə adları qızıl hərflərlə yazılmış Federiko Fellini, Andrey Tarkovski, Akira Kurasava kimi sənətkarlardan aldığı məsləhətləri, xatirələri bölüşdü:
...qaldığınız yer çəkiliş meydançasından uzaq olmamalıdır. Meydançada sükut olmalıdır, yalnız rejissorun səsi eşidilməlidir.
...tamaşaçını idarə etmək lazımdır. Siz beyninizdə olan qığılcımın sahibisiniz.
... İtaliya neorealizmi zirvədir, türk, iran filmlərinə baxın...
Daha sonra Kino Məktəbin tələbələri rejssorun 1998 - ci ildə çəkdiyi "Bo Ba Bu" - filminə baxaraq müzakirə etdilər.
Ustad dərsinin sonuncu günündə isə Kino Evində rejissorun 1942 - ci ildə müharibədə həlak olmuş atasına həsr etdiyi “Mən səni unutmamışam”(2018) filminin təqdimatı oldu.
Əli Xamrayevin atası Ərqaş Xamrayev milli özbək bədii kinosunun yaradıcılarından, eyni zamanda “Özbəkfilm”də istehsal olunan filmlərin baş rollarının ilk ifaçılarından biri olub.
Əli Xamrayev tamaşaçılara və kino məktəbin tələbələrinə:
- Sizinlə görüşə, bu filmlə gəlməyimin səbəbi: bir vaxt, bizim hamımızın birgə yaşadığı, keçdiyi yolu yada salmaq, xatırlamaqdır... - dedi.
- Bu gün mənim ən xoşbəxt günlərimdən biridir!
Daha sonra dəvət üçün Azərbaycan Kinematoqrafçılar İttifaqını sədri, kinodramaturq Rüstəm İbrahimbəyova, Kino Məktəbinin direktoru Oleq Səfərəliyevə və bütün tamaşaçılara dərin təşəkkürünü bildirdi.
- Qismət olsa, bir il sonra, tələbələrin çəkdiyi, hazırladığı filmlərə baxmaq üçün gələcəm...
Nəzərinizə çatdırırıq ki, hal - hazırda tədris olunan Kino Məktəbi keçən ilin sentyabr ayından start götürüb, Beynəlxalq Kino Məktəbi (rejissor və ssenari yazarlarının ali kursu) Azərbaycan Kinematoqrafçıları İttifaqı tərəfindən 2007-ci ildə AR prezidentinin “Azərbaycanda kino sənətinin inkişafı haqqında” 23 fevral 2007-ci il tarixli, 1993 nömrəli sərəncamı əsasında, Nazirlər Kabinetinin qərarına müvafiq olaraq təsis olunub.
Azərbaycan Kinematoqrafçıların İttifaqının katibi və Kino Məktəbinin direktoru Oleq Səfərəliyev bildirir ki, - təhsil alan tələbələr var ki, gənc mütəxissis olmalarına baxmayaraq artıq Azərbaycan televiziya-kino və ədəbiyyat sahəsində adları tanınmaqdadır:
Günel Eminli - yazar
İsmayil İmanov - yazar, ssenarist
Lalə Əliyeva - Klıçkova - rejissor - ssenarist, yazar
Ruslan Mollayev - rejissor - ssenarist , yazar
Türkan Hüseynova - rejissor - ssenarist
Ülviyyə Heydərova - yazar
Zaur Əhmədzadə - yazar

- digər gənclər də öz dəsti xətləri ilə biliklərini inkişaf etdirməkdədirlər: Əfsanə Yusifova - rejissor, operator, Nicat Dadaşov - ssenarist, Əli Süleymanlı - rejissor, Rəşad Əfəndiyev - animator - rejissor, Ülviyyə Əhmədova - rejissor, Gülnar Askeri - rejissor, Aytən Qulamova - rejssor, Rüfət Əlizadə - rejissor, Elnur Rzayev - aktyor, rejissor, Afaq Yusifli - rejissor, aktrisa, Məryəm Mirzəyeva - rejissor Səma Fuaqızı- rejissor, Izzət Mikayilzadə - yazar, Ağarəhim İbrahimov - animator, rejissor və.s...
Bizdə olan məlumata görə tələbələr təhsil alsalar da, sınaq dövründədilər və yaxın gələcəkdə növbəti seçim turu olacaqdır. Tələbələrin gördüyü işlər, istedad və bacarığı haqqında gələn yazılarmızda daha ətraflı qeyd edəcəyik. İndi isə Əli Xamrayevin filmoqrafiyasını və tədbirdə çəkilən fotoları Azərbaycan Kinematoqrafçılar İttifaqına istinadən sizə təqdim edirik:
- Ə.Xamrayev ÜDKİ-ni bitirib və ilk filmini həmin ildə çəkib. Rejissorun bir çox filmləri vətəndaş müharibəsi dövrünə həsr olunub. Rejissorun SSRİ dövründə çəkdiyi son filmi “Arzular bağı” (1987) olub. Onun həyatında dönüş nöqtəsi Daşkənd səfəri zamanı rejissor Mikelancelo Antonioni ilə tanış olması zamanı başlayıb. Belə ki, rejissor yeni bir layihəsini gerçəkləşdirmək üçün İtaliyaya gedir və bununla da orda yaradıcılığına davam edir.
Ə.Xamrayevin quruluşunda çəkilən filmlər (“Uşaqlar haqqında kiçik hekayələr” 1961), “Sevir, sevmir” 1964, “Qırmızı qum” 1968, “Qorxu olmadan” 1972, “Yeddinci güllə” 1972, “Cangüdənlər” 1979, “Səni xatırlayıram” 1985, “Kimdir dəli?” 1992, “Günəş altında yer” 2004, “Artistlər” 2007 və s.) janr müxtəlifliyi ilə yanaşı, rejissor yozumu ilə də seçilir.

AZpress.AZ- saytı Kino Məktəbinin fəaliyyətini daim diqqətdə saxlayaraq işıqlandıracaqdır.

hazırladı: Ağa

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !