Ağcabədidə Şahmat idman növü üzrə Azərbaycan Birinciliyinin seçmə yarışları keçirilir. - -FOTO=52 (AZpress.AZ Mais İbrahimov, Ağcabədi)

Ağcabədidə Şahmat idman növü üzrə Azərbaycan Birinciliyinin seçmə yarışları keçirilir. -FOTO=52 (AZpress.AZ Mais İbrahimov, Ağcabədi)

  24 yanvar-02 fevral 2020-ci il tarixlərdə Ağcabədi Olimpiya İdman Kompleksində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Şahmat Federasiyasının birgə təsdiq etdikləri Şahmat yarışlarının illik təqvim planına əsasən 8-10-12-14-16 yaşlı şahmatçıların Azərbaycan Birinciliyinin seçmə yarışları keçirilir. Yarışda 43 rayondan 342 nəfər şahmatçı iştirak edir.
AZpress.AZ- ın bölgə müxbiri xəbər verir ki, yarışın açılış mərasimi 25 yanvar 2020-ci tarixdə keçirilmişdir. Açılş mərasimində Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin sektor müdiri cənab Lütfiyar Rüstəmov, Azərbaycan Şahmat Federasiyasının Vitse Prezidenti cənab Faiq Həsənov iştirak etmişdir.
Şahmat idman növü üzrə Azərbaycan Birinciliyinin seçmə yarışlarının açılş mərasimində Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Rüfət Quliyev giriş sözü ilə çıxış edərək yarışları açıq elan etdi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Sonra təbrik üçün söz Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynova, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin sektor müdiri cənab Lütfiyar Rüstəmova, Azərbaycan Şahmat Federasiyasının Vitse Prezidenti cənab Faiq Həsənova, yarışların baş hakimi cənab Qüdrət İsmayılova verildi.Çıxış edən natiqlər idmanın inkişafına göstərilən dövlət qayğısından, Ağcabədi rayonunda keçirilən bu gün ki yarışın əhəmiyyətindən və idmançılarımızın uğurlarından ətraflı bəhs etdilər.
Çıxışların ardınca Ağcabədi Regional Mədəniyyət İdarəsinin əməkdaşlarının hazırladığı proqram əsasında tədbirin bədii hissəsi nümayiş etdirildi və bununlada yarışın açılış mərasimi başa çatdı.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !