Masallı rayonunda könüllülər üçün çoxnövçülük üzrə intellektual oyunlar təşkil edildi. - FOTO=9

Masallı rayonunda könüllülər üçün çoxnövçülük üzrə intellektual oyunlar təşkil edildi. FOTO=9

 Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə Masallı rayon Gənclər Mərkəzində 23, 24 yanvar 2020-ci il tarixində İslam Ərzullazadənin 13-cü qrant müsabiqədə fərdi kateqoriya üzrə qalib olduğu “Könüllülər üçün çoxnövçülük üzrə intellektual oyunların təşkili” layihəsi keçirilmişdir.
Layihənin ilk günü layihə rəhbəri donor və layihə haqqında məlumat vermişdir. O, 2020-ci ili Cənab Prezident İlham Əliyevin “Könüllülər İli” elan etməsi, könüllülərə diqqət və qayğının mühüm olmasını göstərir. Bu layihə də Masallı rayonunda fəaliyyət göstərən könüllü təşkilatlar arasında bilik və bacarıqların sınanmasında, onların əlaqələr qurmasında imkanlar yaradır.
Layihədə Masallı rayonundan olan 8 dövlət və özəl qurumlardan könüllü komandalar iştirak etmişdir. Belə ki, Masallı rayon İcra Hakimiyyəti könüllüləri, Masallı rayon Gənclər və İdman İdarəsi könüllüləri, Masallı rayon Təhsil Şöbəsi könüllüləri, Masallı rayon ASAN Könüllülər Təşkilatının könüllüləri, Masallı Dövlət Regional Kollecinin Bir tələbə, Bir Könüllü proqramının könüllüləri, Maximum Development Training Academy-nin könüllü komandası, Masallı Gənclərin İnkişaf və Karyera Mərkəzinin könüllüləri, Masallı rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin könüllüləri çoxnövçülük üzrə intellektual oyunlarda qalib olmaq üçün 2 yarımgün yarışmışlar.
İlk gün keçirilən I yarışda Masallı rayon Gənclər və İdman İdarəsi, II yarışda Masallı rayon Təhsil Şöbəsi digər komandlardan güclü olmuşdur. İkinci gün keçirilən I yarışda Maximum Development Training Academy, Könüllülər arasında Fərdi yarışda Şamxal Əmirov qalib gəlmişdir. Keçirilən müxtəlif oyunlarda qaliblərə kubok, diplom və hədiyyələr, həmçinin layihədə iştirak edən hər bir gəncə sertifikat və hədiyyələr verilmişdir.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !