Rüfət Quliyevin seçicilərlə səmimi görüşü -

Rüfət Quliyevin seçicilərlə səmimi görüşü

 Azərbaycanda fevralın 9-da keçiriləcək növbədənkənar parlament

seçkilərində 73 saylı Lənkəran seçki dairəsindən deputatlığa namizəd
professor Rüfət Quliyevin seçicilərlə görüşü davam edir. Görüş səmimi
və diskussiya şəraitində keçib. R.Quliyev çay evində olaraq, orda
istirahət edənlərlə səmimi söhbət edib, nərd oyunu da oynayıb. Görüş
zamanı əhalinin problemlərini dinləyib, həll olunması istiqamətində
lazımi işlər görəcəyini dilə gətirib.
R.Quliyev həmçinin, doğma kəndi olan Sütəmordov kəndində də
keçirilən görüşü izdihamlı və çoşqulu keçib. Görüşə əvvəlki görüşlərdən
də daha çox sayda insan qatılıb.
Bu görüş deputatla seçicilər arasında yaranan etimad, etibar, ünsiyyət
körpüsünün bariz nümunəsinə çevrilən və isti ortamda keçən bir görüş
olub.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !