ÜGT ilə əməkdaşlıq gömrük islahatlarının uğurla reallaşdırılmasına töhfə verir -

ÜGT ilə əməkdaşlıq gömrük islahatlarının uğurla reallaşdırılmasına töhfə verir

 Yanvarın 28-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı
Səfər Mehdiyev Ümumdünya Gömrük Təşkilatı Potensialın Gücləndirilməsi
Direktoratlığının müavini Taeil Kangla görüşüb.
Qonağı səmimi salamlayan Səfər Mehdiyev ÜGT ilə Dövlət Gömrük Komitəsi
arasındakı səmərəli əməkdaşlıqdan danışıb və qarşılıqlı münasibətlərin bundan sonra
da inkişaf edəcəyinə əminliyini bildirib.
Komitə sədri son illər Prezident İlham Əliyev tərəfindən gömrük sistemində həyata
keçirilən innovativ islahatlardan və əldə olunan nəticələrdən bəhs edərək, ÜGT ilə
səmərəli əməkdaşlığın da islahatların uğurla reallaşdırılmasına mühüm töhfə verdiyini
diqqətə çatdırıb.
Daha sonra Səfər Mehdiyev gömrük işinin səmərəli təşkili, beynəlxalq ticarətin
asanlaşdırılması, tranzit əməliyyatlarının sürətləndirilməsi istiqamətində gələcəkdə
atılacaq addımlardan bəhs edib və tətbiq ediləcək yeniliklərin ÜGT-nin tövsiyələri
əsasında həyata keçiriləcəyini vurğulayıb.
Dövlət Gömrük Komitəsinin sədri hazırda Bakı şəhərində keçirilən ÜGT-nin Avropa
Regionu Potensialın Gücləndirilməsi üzrə Milli Əlaqələndiricilərinin iclasının da
region ölkələri arasında məlumat və təcrübə mübadiləsinin həyata keçirilməsi
istiqamətində mühüm rol oynayacağını bildirib.
ÜGT Potensialın Gücləndirilməsi Direktoratlığının müavini Taeil Kang təmsil etdiyi
qurumla Dövlət Gömrük Komitəsi arasındakı əlaqələrdən məmnunluqla bəhs edib və
son illər Azərbaycan gömrük orqanları tərəfindən tətbiq edilən yenilikləri, əldə olunan
nəticələri yüksək qiymətləndirib.
ÜGT-nin Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin, Regional Tədris
və Kinoloji mərkəzlərinin Azərbaycanda yerləşməsinin də ölkənin gömrük
orqanlarının uğurlu fəaliyyətinin və təmsil etdiyi qurumla səmərəli əməkdaşlığının
nəticəsi olduğunu vurğulayıb.
Dövlət Gömrük Komitəsinin ötən il ÜGT-nin Avropa Regionuna rəhbər
seçilməsindən danışan Taeil Kang Azərbaycan gömrüyünün bu istiqamətdə də
beynəlxalq gömrük ailəsinə mühüm töhfələr verəcəyinə ümidvar olduğunu bildirib.
Görüşdə, eyni zamanda, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi
aparılıb.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !