"String Art-Azərbaycanın Görkəmli Şəxsiyyətləri" layihəsi... -

"String Art-Azərbaycanın Görkəmli Şəxsiyyətləri" layihəsi...

 31 yanvar,saat 11:00-da Şəmkir Gənclərin İnkişaf və Karyera Mərkəzində Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun elan etdiyi On üçüncü qrant müsabiqəsinin qalibi olan "String Art-Azərbaycanın Görkəmli Şəxsiyyətləri" layihəsinin əsas açılış günü baş tutacaq.Sərgidə regionun yaradıcı gənclərinin String Art(simli sənət) texnalogiyası ilə yaratdığı 30-a yaxın görkəmli azərbaycanlının portreti nümayiş olunacaq.Layihənin əsas məqsədi gənclərin bilik və bacarıqlarının, onlarda dahi şəxsiyyətlərə olan sevginin inkişaf etməsidir.Növbəti sərgi günlərinin isə Gəncə və Bakı şəhərlərində keçiriləcəyi planlaşdırılır.Qeyd edək ki,bu sərgi Azərbaycanda ilk dəfə keçiriləcək!
Layihənin rəhbəri Gilənur Hüseynovadır.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !