Aygün ad günündə Raufla sevənlərinə məxsusi jest edib - +audio

Aygün ad günündə Raufla sevənlərinə məxsusi jest edib +audio

 
AZpress.AZ xəbər verir ki, hər il doğum günündə yeni mahnısını təqdim edən sənətçi bu dəfə də ənənəsinə sadiq qalaraq Raufla yeni ifa etdiyi “Bizdən danışaq” adlı bəstəsini sevənlərinin ixtiyarına verib.

Mahnının sözləri Fidan Cəbiyevaya, musiqisi isə Aygün Səmədzadəyə məxsudur.

Qeyd edək ki, bu, Kazımova və Raufun 3-cü işbirliyidir. Onlar daha əvvəl “Yaraşdın Mənə” və "Aya" duetini ifa etmişdilər. Sənətçi uzun fasilədən sonra ilk dəfə A.Səmədzadənin mahnısını ifa edib. On bir il bundan əvvəl də bəstəkarın "Ad günü" adlı bəstəsini Kazımova oxuyub və uğurlu da alınıb.

Xatırladaq ki, yanvarın 26-da pop ifaçısının 49 yaşı tamam olub.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !