Səhərlər ac qarnına kartof suyu içməyin - İNANILMAZ FAYDALARI

Səhərlər ac qarnına kartof suyu içməyin İNANILMAZ FAYDALARI

Kartof tək ölkəmizdə deyil, bütün dünyada ən sevilən tərəvəzlərdən biridir. Tərkibində karbohidratın çox olması səbəbi ilə pəhriz zamanı istifadə edilməsə də sağlamlıq üçün olduqca faydalıdır. Kartofun özü ilə yanaşı onun suyunun da bir çox faydaları var.
Yeniavaz.com
kartof suyunun faydalarını təqdim edir:
Kartofun 20%-i karbohidrat, 80%-ni isə su təşkil edir. Bundan əlavə, dəmir, maqnezium, sodium, kalsium mineralları və B1, B6, B, P, K, C vitaminləri ilə zəngindir. Kartof suyu zərərli maddələrin bədəndən xaric olunmasında, bel, kürək və oynaq ağrıların aradan qadırılmasında köməkçi olur. Qaraciyər və öd təmizlənməsində, sidik yollarında daş əmələ gəlməsinin qarşısını alır. Kartof suyunu səhər ac qarnına içilməsi tövsiyyə edilir. Qəbzlik, ishal, şişkinlik, mədə yanması və həzm sisteminin normallaşdırılmasında da faydalıdır.
Fol turşusu və dəmir baxımından zəngin olan kartof suyu bağırsaq xərçənginin yaranmasının qarşısını alır. Bu qida dəyərləri də qırmızı qan hüceyrələrinin hazırlanmasında böyük rol oynayır. Yəni, kartof suyu qan azlığı və anemiya riskini azaldır.
Kaliumla zəngin olan kartof yüksək təzyiqin aşağı salınmasında çox təsirli olur. Kalium toхumalardakı suyun miqdarını nizama salır, ürəyin işini yaхşılaşdırır və ürək xəstəliklərinin yaranma riskini azaldır.
Kartof suyunun dadını xoşlamayanlar onu limon və ya bal ilə qarışdırıb içə bilərlər. Balla qarışdırıb içmək qida zəhərlənməsinə qarşı da effektivdir.
Sağlamlığa olan faydaları ilə yanaşı kartof suyu saçları da qidalandırır. Belə ki, bunun üçün yumurtanın ağı, bal və kartof suyunu qarışdıraraq saçlarınıza çəkirsiniz. Bu qarışım sayəsində saç kökləri möhkəmlənir və tökülmənin qarşısı alınır.
Kartof suyunun istifadə qaydaları:
Kartofu soyub doğrayın, yuyun və şirə çəkən maşında çəkin. İki həftə səhər və axşam ac qarına yeməkdən yarım saat əvvəl 150 qr kartof suyu için. Daha sonra iki həftə fasilə verin və yenə iki həftə eyni qayda ilə davam edin.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !