Naxçıvan Qarnizonu qoşunlarında toplantılar davam edir - - VİDEO+FOTO=3

Naxçıvan Qarnizonu qoşunlarında toplantılar davam edir - VİDEO+FOTO=3

Naxçıvan Qarnizonu qoşunlarında müxtəlif ixtisaslar üzrə keçirilən toplantılar davam edir.
Yeni tədris ilinə hazırlıq planına uyğun olaraq bölük, batareya komandirləri və müavinləri ilə keçirilən toplantılarda zabitlərin döyüş zamanı tabelikdə olan bölmələri idarəetmə bacarıqları və ixtisas hazırlıqları yoxlanılır.
Praktiki məşqlərdə taktiki-sıra və sıra hazırlığının təşkili, hazırlanması və keçirilməsi metodikası nümayiş etdirilir.
Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində keçirilən dərslər zamanı hüquq hazırlığı və mənəvi-psixoloji hazırlıqdan müxtəlif mövzularda mühazirələr oxunur.
Hazırda digər ixtisaslı hərbi qulluqçuların cəlb edildiyi toplantılar davam edir. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !