Arif Əzizin Bəyaz körpü 2 fərdi sərgisinin açılışı keçirilib. - +FOTO=40 (Rüstəm İsmayılov AZpress.AZ)

Arif Əzizin “Bəyaz körpü 2” fərdi sərgisinin açılışı keçirilib. +FOTO=40 (Rüstəm İsmayılov AZpress.AZ)

 Yanvarın 29-da Bakıdakı Yunus Emre İnstitutunda Xalq Rəssamı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dizayn və Dekorativ sənət kafedrasının müdiri, professor Arif Əzizin “Bəyaz körpü 2” fərdi sərgisinin açılışı keçirilib. Sərgi Türkiyə Respublikasının Azərbaycanda fəaliyyət göstərən, türk dili və mədəniyyətinin təbliğində dünyada mühüm rol oynayan Yunus Emre İnstitutunun və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təşkilatı ilə baş tutmuşdur. Sərgi salonunda Arif Əzizin nümayiş edilən iyirmidən çox əsəri əsəsən onun yaradıcılığının “Bəyaz dövr”ünü əhatə edir. Rəssam 1970-cı illərdən başlayaraq bu günədək qrafika, rəngkarlıq, dizayn, teatr dekorasiyası sahələrində çalışır, yaratdığı əsərləri Azərbaycan təsviri sənətinin mühüm inkişaf mərhələlərini əks edir. 1990-cı illərdən başlayaraq Arif Əzizin yaradıcılığında mürəkkəb abstrakt kompozisiyalara və ağ rəngə intensiv müraciət yeni axtarışları açıqlayır. Hazırkı sərgi 2019-ci ilin yanvarında İstanbulda keçirilən “Bəyaz köprü” sərgisinin konseptini davam edir. Təqdim olunan əsərlərin çox hissəsi rəssamın “Türkiyəsinə, İstanbuluna” aiddir. Arif Əziz üçün çox yaxın, əziz olan Türkiyə mövzusu fərqli rakurslarda, calarlarda Bakı tamaşaçısına təqdim olunur.
Sərginin açılışında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Ceyran Mahmudova,Yunus Emre İnstitutunun təhsil işləri üzrə koordinatoru Ali İhsan Çevik, Şimalı Kipr Türk Cümhuriyyətinin Bakı nümayindəsi Ufuk Arca, Turqaner, Türkiynin Azərbaycandakı Səfirliyinin Mətbuat müşaviri Hüseyn Aitınalan, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, professor Çingiz Fərzəliyev, AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov, AMEA M. Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli çıxış etmişdirlər. Öz nitqində Turkiyə Səfirliyinin Mədəniyyət müşaviri cənab İrfan Çiftçi rəssamın Azərbaycan-Türkiyə mədəni əlaqələrinin inkişafında əhəmiyyətli rolunu qeyd eymişdir, “Arif Əzizin Türk dünyasının rəssamı olduğunu” vürğulamışdır.
Tədbirin ikinci hissəsində əqdimatı keçirilən, rejissor Fariz Əhmədovun “Arif Əziz” sənədli filminin təqdimatı tamaşaçılar tərəfindən böyük maraqla qarşılanmışdır. Sərgi 7 fevral 2020-cu tarixinə qədər davam edəcək.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !