Azərbaycan vətəndaşlarının Uhandan təxliyyəsinə başlanılıb -

Azərbaycan vətəndaşlarının Uhandan təxliyyəsinə başlanılıb

Çində koronavirusun kütləvi şəkildə yayıldığı Uhan şəhərindən Azərbaycan vətəndaşlarının təxliyə olunmasına start verilib.
“Haber Global” xəbər verir ki, bununla bağlı Türkiyədən hərbi təyyarə bu gün günorta saatlarında Çinə yola düşüb.
Virusun ilk görüldüyü və geniş yayıldığı Uhan şəhərindən çıxamaq tələbini bildirən 34 Türkiyə, yeddi Azərbaycan, yeddi Gürcüstan və bir Albaniya vətəndaşı tibbi müayinədən sonra təyyarə ilə Ankaraya gətiriləcəklər.
Onlar burda xüsusi hazırlanmış xəstəxanada karantinə götürüləcəklər.
Artıq bu şəxslər aeroporta yola salınıb. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !