Nağıl dolu dünya adlı Konsert-tamaşa Yarat Müasir İncəsənət Mərkəzində təqdim olundu. - FOTO=11

“Nağıl dolu dünya” adlı Konsert-tamaşa Yarat Müasir İncəsənət Mərkəzində təqdim olundu. FOTO=11

 30 yanvar 2020- ci il tarixində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində
olan F.Əmirov adına 6 nömrəli Onbirillik İncəsənət məktəbinin müəllim və şagirdlərindən
ibarət 2020-ci “Könüllülər ili”nə həsr olunmuş “Nağıl dolu dünya” adlı Konsert-tamaşa
Yarat Müasir İncəsənət Mərkəzində təqdim olundu.
“Nağıl dolu dünya” adlı konsert-tamaşa 4 musiqili nağıldan ibarətdir.
Tariximizlə bağlı olan birinci nağılda rəqs edən şagirdlərin ifasında sanki
Qobustanda qayaüstü təsvirlər canlanır, nağaraçıların ifasında isə sanki “Qaval daşı”
səslənirdi. Nənənin nəvələri ilə dialoqundan ibarət olan İkinci nağıl Q.Qarayev musiqisinə
həsr olunub. Q.Qarayevin ev-muzeyində olan nəvələr nənə ilə öz təəssuratlarını
bölüşürlər. Onlar “Don Kixot”simfonik qravürlərindən, “İldırımlı yollarla” və “Yeddi
gözəl” baletlərindən parçalar ifa edərək, bəstəkarın nağıl dolu həyatını canlandırdılar.
Özəyi xalq musiqisi olan üçüncü nağılda şagirdlərin ifasında xalq mahnıları, rəqs
nümunələri və instrumental parçalar səsləndi. Doğma yurdumuza həsr olunan dördüncü
nağılda vətənpərvər şagirdlər Azərbaycana olan sevgilərini musiqinin dili ilə təqdim
etdilər.
Konsert-tamaşanın bədii rəhbəri və ideya müəllifi məktəbinin direktoru, əməkdar
müəllim, professor Adilə xanım Yusifovadır. O, çıxışında qeyd etdi ki: “Dünyada nağıllar
çoxdur. Hər bir xalqın öz nağılları var. Bizim bu gün səhnələşdirdiyimiz nağılımız isə
keçmiş və gələcəyimizlə, xalq musiqimiz və bəstəkar əsərlərimizlə sıx bağlıdır. Biz
tədbirimizlə şagirdləri Azərbaycan Respublikasının bilikli, bacarıqlı və vətənpərvər
övladları olmağa çağırırıq”.
Konsert-tamaşa qonaqların alqışları altında yüksək ruhla tamamlandı.

Musiqişünas Ülkər Əlibalayeva

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !