Nağıl kimi bir səyahət – fotoreportaj - FOTO=32

“Nağıl kimi bir səyahət” – fotoreportaj FOTO=32

Məşhur təbiət və səyahət fotoqrafı Rüstəm Məhərrəmov yanvar ayının ortalarında “11 Nömrə” səyahət qrupu ilə birgə Gürcüstanın bir neçə şəhərində olub və foto kamerasının yaddaşına maraqlı anları həkk edib.
İki hissədən ibarət olan fotoreportajın ilk hissəsində Gürcüstanın qədim paytaxtı hesab edilən Mtsxeta şəhərinin küçələri, kilsələri və bazarı, eləcə də Borjomi şəhərinin milli parkından fotolar yer alıb. İkinci hissədə isə fotoqraf qarlı bir gündə Borjomi-Bakuriani qatarı ilə səyahəti zamanı ekzotik mənzərələri kadrlaşdırıb. Fotoreportajın adı da məhz “Nağıl kimi bir səyahət” adlandırılıb. O, Şiğnaği şəhərinin və ən məşhur dağ-xizək istirahət zonası hesab edilən Bakurianidən gözoxşayan maraqlı fotolar çəkməyə nail olub.
“Gilavar” foto klubunun üzvü olan Rüstəm Məhərrəmov artıq 5 ildir ki, təbiət, vəhşi təbiət və səyahət fotoqrafiyası ilə məşğul olur. Azərbaycanın bölgələri ilə yanaşı, Kanada, Fransa, Türkiyə, Rusiya və Gürcüstanda foto səyahətlərdə olub. Bir çox beynəlxalq və yerli qurumlarla əməkdaşlıq edən fotoqrafın çəkdiyi fotolar beynəlxalq fotomüsabiqələrdə mükafatlar qazanıb, bir sıra ölkələrdə sərgilənib.
“Nağıl kimi bir səyahət” adlı fotoreportajın ilk hissəsini təqdim edirik.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !