Ağcabədidə qohumunun öldürmək istədiyi qadını qonşuları xilas etdi - -FOTO

Ağcabədidə qohumunun öldürmək istədiyi qadını qonşuları xilas etdi -FOTO

Ağcabədi rayonunda şizofreniya xəstəsinin qohumu olan qadını öldürməyə cəhd etdikdən sonra intihar etməsinin bəzi təfərrüatları məlum olub.
Rayonunun Qaraxanlı kənd sakini, 29 yaşlı Hüseynova Könül Surxay qızı yaşadığı evdə həyat yoldaşının əmisi, 50 yaşlı Hüseynov Müşfiq Oruc oğlunun hücumuna məruz qalıb. Ruhi xəstə kimi qeydiyyatda olan M. Hüseynov dəhrə və bıçaqla qadına yaşadığı evdə hücum edib.
Zərərçəkmiş APA-ya deyib ki, M. Hüseynov hasardan adlayaraq, evə daxil olub. O, gənc qadına kəsici alətlərlə xəsarət yetirib. K. Hüseynova 9 və 10 yaşlı iki övladını götürərək, evdən qaçıb. Onun 5 yaşlı uşağı isə evdə çarpayının altında gizlənib. Səs-küyü eşidən qonşular onun köməyinə çatıb, M. Hüseynovu tutaraq, evdən uzaqlaşdırıblar.
Kəsilmiş-deşilmiş xəsarətlər alan K. Hüseynova xəstəxanaya çatdırılıb.
Bundan sonra M. Hüseynov sirkə turşusu içərək, özünü öldürüb. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !