Ağcabədidə 2 Fevral – Azərbaycan gəncləri günü münasibətiylə tədbir keçirilmişdir. - FOTO=72 (AZpress.AZ Mais İbrahimov, Ağcabədi)

Ağcabədidə “2 Fevral – Azərbaycan gəncləri günü” münasibətiylə tədbir keçirilmişdir. FOTO=72 (AZpress.AZ Mais İbrahimov, Ağcabədi)

 Dövlətin diqqət və qayğısını daim üzərində hiss edən Azərbaycan gəncləri müxtəlif sahələrdə uğurla fəaliyyət göstərir, ölkəmizin ümumi inkişafına böyük töhfə verirlər.
AZpress.AZ-ın bölgə müxbiri xəbər verir ki, bu fikir Ağcabədi şəhərində 2 fevral - Gənclər Günü münasibətilə keçirilən tədbirdə səsləndirilib. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzi meydanındakı abidəsini ziyarət edib, önünə çiçək dəstələri qoyublar.
Tədbirdə çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Əhmədov, gəncləri əlamətdar gün münasibətilə təbrik edib, gənclərin rayonun ictimai-siyasi həyatındakı rolundan, keçirilən mədəni-kütləvi tədbirlərdəki fəal iştirakından, müxtəlif sahələrdə, o cümlədən idmanda əldə etdikləri uğurlardan danışıblar. Məlumat verilib ki, 2019-cu ildə rayon idmançıları dünya çempionatı, dünya kuboku, beynəlxalq, respublika və zona yarışlarında ümumilikdə 230 ədəd medal və diploma layiq görülüblər ki, bunların da 91 ədədi 1-ci yer, 61 ədədi 2-ci yer, 78 ədədi 3-cü yerdir. Medalların 6-sı dünya çempionatında, 5-i dünya kubokunda, 62-si beynəlxalq yarışlarda, 100-ü Azərbaycan çempionatı, kubok və turnirlərdə, 57-si isə zona birinciliklərində qazanılıb.
Rayonun ictimai həyatında, təhsildə və idmanda fərqlənən bir qrup gəncə fəxri fərman və diplomlar təqdim edilib. Tədbir Ağcabədi Regional Mədəniyyət İdarəsinin gənc istedadların iştirakı ilə hazırladığı əyləncəli konsert proqramı ilə başa çatıb.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !