Məmmədyarovla Rəcəbov Top-10-da - İNTİQAM təqdim edir (AZpress.AZ) -FOTO=2

Məmmədyarovla Rəcəbov Top-10-da İNTİQAM təqdim edir (AZpress.AZ) -FOTO=2

 ŞAHMAT
-------------------------------

Beynəlxalq Şahmat Federasiyası (FİDE) şahmatçıların fevralın 1-ə olan yeni reytinq cədvəlinin elan edib. Reytinq göstəricisinə görə Azərbaycanın bir nömrəlisi hesab edilən Şəhriyar Məmmədyarovun (2770 reytinq xalı) nə xalında, nə də mövqeyində dəyişiklik olmayıb. O, ötən ayda olduğu kimi yenə də 8-ci pillədədir. Ondan fərqli olaraq, Teymur Rəcəbovun (2765) mövqeyində dəyişiklik olub.Rəcəbov aktivindəki xalları dəyişməsə də, məvqeyini bir pillə yaxşılaşdırmaqla Top-10-u tamamlayıb. Digər şahmatçılarımıza gəlincə, Nicat Abbasov (2670) Top-100-ün 67-ci, Qədir Hüseynov (2666) 72-ci, Rauf Məmmədovsa (2659) 85-ci pilləsində qərar tutub.
Cədvələ yenə də norveçli dünya çempionu Maqnus Karlsen (2862) liderlik edir. ABŞ təmsilçisi Fabiano Karuananın (2842) ikinci yeri tutduğu bu cədvəldə ilk üçlüyü çinli Din Lijen (2805) tamamlayır.
Qadın şahmatçılarımıza gəlincə, ən yaxşı göstərici Günay Məmmədzadəyə (2455) məxsusdur. O, cədvəldə 28-cidir. Gülnar Məmmədova (2386) Top-10-də 75-ci, Ülviyyə Fətəliyeva (237) isə 86-cıdır. Qadınnların cədvəlinə çinli Xou İfan (2580) başçılıq edir.
İNTİQAM

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !