Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Polad Bülbüloğlunu təbrik edib -

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Polad Bülbüloğlunu təbrik edib

 Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva bəstəkar, müğənni və ictimai xadim, Xalq artisti, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunu 75 yaşının tamam olması və “Heydər Əliyev” ordeni ilə təltif olunması münasibətilə təbrik edib.

AZƏRTAC xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyevanın “Instagram” səhifəsində yer alan təbrikdə deyilir:

“Azərbaycan Respublikasının Xalq artisti, ölkəmizin Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunu 75 illiyi və “Heydər Əliyev” ordeni ilə təltif olunması münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Polad Bülbüloğlu yaradıcılığı insanların qəlbini mehribanlıq, nəciblik, yenilməz ruh yüksəkliyi kimi hisslərlə əhatə edir. Qeyri-adi istedadı və tükənməz enerjisi ona zaman çərçivəsi ilə məhdudlaşmayan gözəl əsərlər yaratmağa imkan vermişdir. Onun mahnıları müxtəlif nəslin nümayəndələri tərəfindən çox sevilir.

Dost və pərəstişkarlarının sevgi və hörmətini qazanmış parlaq və istedadlı şəxsiyyət Polad Bülbüloğluna möhkəm cansağlığı, doğma və yaxınlarının əhatəsində firavan həyat arzulayıram”.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !