This ız MaSumBa komandası 2020-ci ilin İntellektual Klubların II Gənclər Kubokunun qalibi oldu -

“This ız MaSumBa” komandası 2020-ci ilin İntellektual Klubların II Gənclər Kubokunun qalibi oldu

 Azərbaycan Gəncləri Günü münasibəti ilə 1 və 2 fevral 2020-ci il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində müxtəlif regionları və klubları təmsil edən komandalardan ibarət “İntellektual Klubların II Gənclər Kuboku” adlı 2 gün davam edən intellektual yarış başa çatmışdır. Tədbirin ilk günü rəsmi açılış hissəsində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəsmiləri, millət vəkilləri, ali təhsil ocaqlarının rektorları, gənclər təşkilatlarının nümayəndələri iştirak etmişlər. Tədbirdə çıxış edən Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov qonaqları salamlamış və bilik yarışında iştirak edən komandalara uğurlar arzulamışdır. Daha sonra Gənclər və İdman Nazirinin müavini Fərhad Hacıyev çıxış etmişdir. Rəsmi hissə bitdikdən sonra 70 komandanın iştirak etdiyi turnir açıq elan olunmuşdur. Turnirdə 70 komandanın tərkibində 500-dək gənc iştirak etmişdir. Bu komandaların 20-si müxtəlif regionları təmsil etmişdir. "İntellektual Klubların Gənclər Kuboku" nun gərgin keçən iki günlük yekun mərhələsində “This ız MaSumBa” komandası 1-ci, "Revolver" komandası 2-ci, "Prestij" komandası 3-cü yeri tutmuşdur. Regionlar üzrə komandalardan isə 1-ci yeri “Kəpəz” (Gəncə) komandası, 2-ci yeri “Next” (Şirvan) komandası və 3-cü yeri isə “Maqnat” ( Şabran) komandası əldə etmişdir.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !