İDMAN YENİLİKLƏRİni - İNTİQAM təqdim edir (AZpress.AZ) -FOTO=8

İDMAN YENİLİKLƏRİni İNTİQAM təqdim edir (AZpress.AZ) -FOTO=8

KARATE

-----------------------------------------------


Fevralın 7-dən 9-dək Macarıstanın paytaxtı Budapeştdə karate üzrə yeniyetmə və gənclərin sayca 47-ci, 21 yaşadək karateçilərin isə 12-ci Avropa çempionatı keçiriləcək. Çempionatda Azərbaycan da daxil olmaqla 52 ölkədən 1155 karateçi medakllar uğrunda mübarizə aparacaq. Azərbaycan Milli Karate Federasiyasından (AMKF) aldığımız məlumata görə Azərbaycan qurumun prezidenti Yaşar Bəşirovun rəhbərliyi altında ümumilikdə bu yarışda 30 karateçi ilə təmsil olunacaq. Təmsilçilərimiz yarışda kumute və kata üzrə öz bacarıqlarını nümayiş etdirməyə çalışacaqlar. AMKF-dən aldəğımız məlumata görə, kumite üzrə komandaya baş məşqçi Anar Allahverdiyev, böyük məşqçi Şahin Xudaverdiyev və qadınların baş məşqçisi Denis Morozov, kata üzrə komandaya isə baş məşqçi Vahid Ayvazov başçılıq edəcək.

14-15 yaşlı yeniyetmələrdə Məhəmməd Xamoyev (-52 kq), Fərid Savadov (-57 kq), Rumil Cəfərli (-63 kq), Vahid Həsənov (-70 kq), Elgün İmanquliyev (+70 kq), Aysu Əliyeva (-47 kq), Suada Kərimova (-54 kq), Arina Bezrebra (+54 kq, hamısı kumite), eləcə də Elcan Səmədzadə və Samirə Məmmədova (hər ikisi kata) çıxış edəcək.

16-17 yaşlı gənclər arasında kumite yarışında Sultan Hüseynov (-55 kq), Əminağa Quliyev (-61 kq), Tale Yaqubov (-68 kq), Fərid Ağayev (-76 kq), Osman Osmanlı (+76 kq), Xumar Əlibəyova (-48 kq), Polina Qurenko (-53 kq), Ayla Rzazadə (-59 kq), katada isə Həsənəli Həsənov və Zəhra Qurbanzadə (kata) tatamiyə çıxacaq.

18-20 yaşlı gənclərin yarışında Museib Məmmədov (-60 kq), Hümmət Baxşəliyev (-67 kq), Qasım İsgəndərov (-75 kq), Murad Balakişiyev (-84 kq), Murad Hacızadə (+84 kq), Fidan Teymurova (-50 kq), Mədinə Sadıqova (-55 kq), Renata Ərəbli (-61 kq), Zamirə Rzayeva (-68 kq) kumitedə, Ceyhun İsmayılov isə katada çıxış edəcək.

Yarəşda daha iki həmyerlimiz - beynəlxalq dərəcəli hakimlər Cahangir Babayev və Vüqar Kərimov referi qismində iştirak edəcək.

 

İNTİQAM

 

 

 

CÜDO
-------------------------------
Tatami ustalarımızı "Böyük Dəbilqə" gözləyir
İJF Rüstəm Orucovu favoritlərdən sayır

 

8-9 fevral günlərində Fransanın paytaxtı Parisdə 2020-ci il məvsümünün Olimpiya təsnifatlı ilk "Böyük Dəbilqə" turniri keçiriləcək. Qeyd edək ki, 122 ölkəni təmsil edən 788 cüdoçunun mübarizə aparacağı bəlli tunirdə Azərbaycandan olan tatami ustaları da iştirak edəcəklər. Cüdo federasiyasından verilən məlumata görə, ölkəmiz məvsümün bu möhtəşəm yarışına 5-i qadın olmaqla 18 tatami ustası ilə qatəlacaq ki, bu 18-likdə də kişilərdən Kəramət Hüseynov, Əhməd Yusifof (hər ikisi 60 kq), Nicat Şıxəlizadə, İbrahim Əliyev (həe ikisi 66 kq), Rüstəm Orucov, Telman Vəliyev (hər ikisi 73 kq), Hidayət Heydərov (81 kq), Məmmədəli Mehtiyev, Rüfət İsmayılov (hər ikisi 90 kq), Elmar Qasımov, Zəlim Kotsayev (hər ikisi 100 kq), Uşanqi Kokuari və Şahin Qəhrəmanov (hər ikisi +10 kq), zərif cinsdən isə Leyla Əliyeva, Ayişə Qurbanlı (həe ikisi 48 kq), Gültac Məmmədəliyeva (52 kq), İçinxorlo Munxtsedev və Aleksandra-Larisa Florian (hər ikisi 57 kq) yer alıb. Heyətdə diqqət çəkən məqamlardan biri Orxan Səfərovla (66 kq) İrina Kindzerskanın kənarda qalmasıdır. Dəgər məqam isə Heydərovun 73 kq-da deyil, 81 kq-da mübarizə aparacağıdır. Məşqçilər Heydərovun bu çəkiyə keçməsini müsbət hal kimi dəyərləndirirlər. Onlar hesab edir ki, məhz Heydərovun sayəsində bu çəkidə olan problem aradan qalxa bilər. Bu arada İJF-nin rəsmi portalı turnirlə bağlı maraqlı yazə dərc edib. Yazıda əsas diqqət 73 kq şəki dərəcəsinə yönəlib. Portal hazırda bu çəkidə dünya reytinq cədvəlinə liderlik edən həmyerlimiz Rüstəm Orucovu favoritlərdən sayır. Ona əsas rəqib kimi, yaponiyalı cüdoçular Masaşi Ebinuma, Soiçi Haşimoto və italiyalı Fabio Basile göstərilir.
Qeyd: Turnirdə ilk üç yeri tutan cüdoçu müvafiq olaraq, 1000, 700 və 500 reytinq xalı toplayacaq. 5-ci və 7-ci yerlərin sahibləri isə 360 və 260 xal qazanacaqlar.


İNTİQAM

 

 

TAEKVONDO

-------------------------------------------------------

Taekvondoçularımız Türkiyədən 6 medalla dönüblər

 


Türkiyənin İstanbul şəhərində kişi və qadınlar arasında karate üzrə ənənəvi "Turkish Open" G1 kaetoqriyalı turnir keçirilib. Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev, baş məşqçilər Reza Mehmandoust və Elnur Amanovun rəhbərliyi altında bəlli yarışa qatılan yığmamız 3-ü qızıl, 3-ü bürünc əyarlı olmaqla 6 medal qazanıb.


Milli komandamız üçün ilin ilk yarışı olan bu açıq çempionatda qızıl medalları 68-kq çəki dərəcəsində dayanq üzərinə çıxan Cavad Ağayev, Milad Beigi (80 kq) və qadın taekvondoçu Fəridə Əzizova (67 kq) qazanıb. "Bürünclər" isə Məhəmməd Məmmədov (80 kq), Payam Qobadi Oğaz (87 kq) və Olimpiya çempionu Radik İsayevin (87 kq yuxarı) aktivinə yazılıb.

İNTİQAM

 

 

VOLEYBOL
--------------------------------------
"Xilasedici" liderliyi ələ alıb


Bu gün kişi voleybolçulardan ibarət klubların çıxış etdiyi Azərbaycan çempionatının yüksək liqasında iki oyun keçirilib. Dərnəgüldəki Voleybol Mərkəzində baş tutan oyunların birində "Xilasedici" MOİK-lə qarşılaşıb. Görüş birincinin quru hesablı qələbəsi ilə başa çatıb - 3:0. Bu qələbədən sonra "Xilasedici" yarış cədvəlində liderliyi ələ alıb. Digər oyunda isə turnir cədvəlinin autsayderləri olan "Ekspress"lə "Sərhədçi" qarşılaşıb. Görüş "Ekspress"in qələbəsiylə bitib - 3:0. Bununla da, əvvəlki iki oyunda bir xal belə toplaya bilməyən "Ekspress" aktivinə 3 xal yazdırıb. "Sərhədçi" isə yenə də xalsız qalıb. Hazırda turnir cədvəlində vəziyyət belədir:
Xlasedici - 9 xal (3 oyun), Murov - 8 (4), Neftçi - 6 (3), Azəreyl - 6 (3), MOİK - 4 (3), Ekspress - 3 (3), Sərhədçi - 0 (3).

İNTİQAM

 


GÜLƏŞ
---------------------------------
AÇ-2020-yə gedən pəhləvanlarımızın adları açıqlanıb


10-16 fevral aralığında İtaliyanın paytaxtı Romada güləş üzrə (yunan-Roma, sərbəst və qadın güləşi) nəvbəti Avropa çempionatı keçiriləcək. Bir gün öncə Azərbaycan Güləş Federasiyasının (AVF) prezident əvəzi Namiq Əliyev Milli Olimpiya Mərkəzində güləşçilərlə görüşüb. Həmin görüşdə həm yunan-Roma, həm də sərbəst güləş üzrə yığmanın qitə çempionatında iştirak edəcək heyəti açıqlanıb.
Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Akif Əliyevin rəhbərlik etdiyi yunan-Roma güləşi üzrə yığmanın heyətində Eldəniz Əzizli (55 kq), Murad Bazarov (60 kq), Taleh Məmmədov (63 kq), İslambek Dadov (67 kq), Ülvi Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Orxan Nuriyev (97 kq) və Sabah Şəriəti (130 kq) cəmləşib.
Baş məşqçi əvəzi Zəlimxan Hüseynov və məşqçi Rövşən Hacıyevin rəhbərliyi altında AÇ-yə gedəcək sərbəst güləş üzrə yığmada isə Əfqan Xaşalov (57 kq), İntiqam Vəlizadə (61 kq), Əli Rəhimzadə (65 kq), Ağahüseyn Mustafayev (70 kq), Hacımurad Hacıyev (74 kq), Cəbrayıl Həsənov (79 kq), Abubakr Abakarov (86 kq), Aslanbek Alborov (92 kq), Nurməhəmməd Hacıyev (97 kq) və Camaləddin Məhəmmədov (125 kq) kimi tanınmışlar yer alıb.
Yarışın proqramına əsasən fevralın 10-dan 12-dək yunan-Roma güləşçiləri, 12-14-ü aralığında qadınlar, fevralın 14-dən 16-dək isə sərbəst güləşçilər mübarizə aparacaqlar.
Qeyd edək ki, AÇ-də olimpiya kateqoriyalı hakim Asif Şirəliyev ədaləti qoruyacaq. Yeri gəlmişkən, baş məşqçisi Aslan Ağayev olan qadın yığmamız isə yanvarın 27-dən etibarən Türkiyədə təlim-məşq toplantısındadır. Qadın yığmamız Romaya birbaşa Türkiyədən uçacaq.

İNTİQAM

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !