Uğurlu gələcək uşaqlara gələcək ! - Millət vəkilliyinə namizəd Əhədova Dilşad deyir...(FOTO=20)

Uğurlu gələcək uşaqlara gələcək ! Millət vəkilliyinə namizəd Əhədova Dilşad deyir...(FOTO=20)

64 saylı Sabirabad ikinci seçki dairəsindən millət vəkilliyinə namizəd Əhədova Dilşad Meyxoş qızı təbliğat – təşviqat kapmaniyası ərzində dairəyə daxil olan 15 icra nümayəndəliyinin tərkibi olan 40-a yaxın kəndi qarış- qarış gəzərək seçiciləri ilə görüşlər keçirib. Görüşdüyü hər kənd sakinini fəal olmağa, səsvermədə iştirak etməyə dəvət edib. Seçicilərin evində qonaq olub. Şəhid ailələrini, evində xəstə olan ailələri ziyarət edib. Bu görüşlərdə yalnız uşaqların deyil, bütün camaatın sevgisini qazanan namizəd Əhədova Dilşad Meyxoş qızı hər birini diqqətlə dinləyib, problemlərini platformaya əlavə edib. Əsasən uşaqların inkişafı sahəsində daha çox işlər görməli olduğunu vurğulayıb. Çünki bizim gələcəyimiz uşaqlardır.
Uğurlu gələcək uşaqlara gələcək !

 


17 iyun 1983 –cü ildə Sabirabad rayonunda ziyalı ailəsində anadan olub. 1990-cı ildə Bakı şəhəri 96 saylı məktəbə gedib. 2000 – ci ildə həmin məktəbi bitirib .
2000 – 2004-cü illərdə Azərbaycan Dillər Universitetinin Dilşünaslıq – Tərcümə (ingilis dili üzrə) fakültəsində təhsil alıb.
2001-2003- cü illərdə “Tərəqqi” Sosial İnkişaf İctimai Birliyində ( əvvəlki Qaçqın və Məcburi Köçkünlərə Yardım İctimai Birliyi) könüllülük fəaliyyəti ilə məşğul olub. Sabirabad rayonunda yerləşən Qaçqın şəhərciyində yay məktəblərində ingilis dili müəlliməsi kimi könüllü çalışıb.
2003 - 2004 – cü illərdə “Türk Dünyası” qəzetində xüsusi müxbir kimi fəaliyyət göstərib.
2003 – 2004 – cü illərdə Azərbaycan Dövlət Televiziya və Radio Yayımları ASC – də təcrübə keçib.
2005 – ci ildə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində tərcüməçi kimi çalışıb.
2005 – ci il Noyabr 6 – da Azərbaycan Respublikası Parlament Seçkilərinə - Exit Poll-da tərcüməçi kimi çalışıb.
2005-2006 – cı illərdə “Tərəqqi” Sosial İnkişaf İctimai Birliyində ( əvvəlki Qaçqın və Məcburi Köçkünlərə Yardım İctimai Birliyi) proqram koordinatoru vəzifəsində çalışıb.
2006-2008 – ci illərdə “Türk Dünyası” qəzetində redaktor vəzifəsində çalışıb.
2008 – ci il oktyabr ayında Müasir Təhsil və Tədrisə Yardım Mərkəzində ofis köməkçisi kimi işə başlayıb.
2008- 2009 – cu illərdə Müasir Təhsil və Tədrisə Yardım Mərkəzində “Tənqidi Təfəkkür” layihəsinin koordinatoru kimi işini davam etdirib.
2011-2013- cü ildə İnternet TV- də PR menecer vəzifəsində çalışıb.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !