Oqtay Əliyev Kərimdən 200 min təzminat istəyir - -VİDEO

Oqtay Əliyev Kərimdən 200 min təzminat istəyir -VİDEO

"Soy" prodakşının rəhbəri Oqtay Əliyev müğənni Kərim Abbasovu məhkəməyə verib.
Axşam.az xəbər verir ki, o, ifaçıdan 200 min manat təzminat istəyir. Kərim bu haqda "Hər şey daxil verilişində danışıb:
"Bir dəfə mənə qarşı cinayət işi açdırmışdı. hakim gördü gülməli mövzudur, qəbul etmədi. İndi də demədiyim bir kəlməyə görə mülkü iş üzrə məhkəməyə verib. 200 min manat təzminat istəyir. Oqtay Əliyev, siz 200 mini üst-üstə görmüsünüz? Mən görməmişəm. Məhkəmə fevralın 15-də olacaq. Amma mən sizi və ailənizi çox istəyirəm".
Qeyd edək ki, O.Əliyevin Kərimi məhkəməyə verməsinə səbəb aparıcı qardaşı Elçin Əlibəyli olub. Belə ki, Müğənni Elçinin ünvanına "erməni" ifadəsini işlədib. Sənətçi eyni zamanda E.Əlibəylinin onunla cinsi əlaqədə olmaq istədiyini iddia etmiş, aparıcının ünvanına təhqirlər yazmışdı.  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !